Nazir bir neçə diplomatı işdən qovdu
Xarici İşlər naziri Elmar Məmmədyarovun bir neçə diplomatı işdən qovduğu barədə məlumat yayılıb.
Bildirilir ki, Arif Məmmədovun Feysbuk statusunu dəstəkləyən bütün diplomatların və XİN əməkdaşlarının tutduqları vəzifədən azad olunması barədə nazir əmr imzalayıb. Bu informasiyanı virtualaz.org saytına məlumatlı mənbələr verib.
Qeyd edək ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı səfiri Arif Məmmədov öz Feysbuk səhifəsində hökumət əleyhinə çağırışla çıxış edib. Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər.
Mənbə:> Virtualaz.org