Davudoğlu: Xocalıdakı soyqırımın hesabını versinlər » AzNews.info -Xəbər portalı

Davudoğlu: Xocalıdakı soyqırımın hesabını versinlər

Davudoğlu: Xocalıdakı soyqırımın hesabını versinlər


Öz paytaxtlarında əyləşib Türkiyə əleyhinə qərar çıxaranlar, Qafqazda təcridə, soyqırıma məruz qalan, qaçıb Anadoluya gələn abxazların, çeçenlərin, axısxa türklərinin, gürcülərin taleyindən danışsınlar.

Bir gecədə qatarlara mindirilib gözəl yurdları Axısxadan Sibirə sürgün edilənlərin, tatarların hesabını versinlər. Balkan yarımadasında, Srebrenitsadakı soyqırımların hesabını versinlər. Xocalıdakı soyqırımın hesabını versinlər.

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) təbliğat kampaniyası çərçivəsində çıxışı zamanı bildirib.

Davudoğlu qeyd edib ki, Türkiyə arxivlərini açmağa hazırdır.

“Kim bizimlə danışmaq istəsə, danışarıq. Lakin bizə yuxarıdan baxana biz də yuxarıdan cavab verərik. Çanaqqalada olduğu kimi, başımızı verərik, lakin baş əymərik”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *