“Məsələn Azərbaycan. Onların ordusu bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“Məsələn Azərbaycan. Onların ordusu bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər...”

“Məsələn Azərbaycan. Onların ordusu bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər...”

Ukrayna öz ərazilərini hərbi yolla geri qaytarmağa hazır olmalıdır və düzgün dövlət yanaşması olarsa bir il ərzində ən azı Donbassdakı qoşun qruplaşmasını modernizə edib döyüş vəzifələrinin yerinə yetirilməsinə hazırlaya bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Jdanov qeyd edib ki, əslində ordu əraziləri geri qaytarmağa Minsk razılaşmasından dərhal sonra hazırlaşmalıydı. Çünki atəşkəs Ukraynanın xeyrinə deyil. “Həmin məqamdan başlayaraq ordunu bir döyüş əməliyyatları ilə Ukraynanın Rusiya ilə dövlət sərhədlərinə çıxarmağa yönəlmiş əməliyyatlara hazırlıq görmək lazım idi”-Jdanov vurğulayıb.

Ekspert qeyd edir ki, belə münaqişələrdə həmişə iki yol olur-siyasi yol və hərbi yol. Yaxud onların kombinasiyası-güc tətbiq etmə ilə danışıqlara məcbur etmə.

“Məsələn Azərbaycan. Onların ordusu bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər...”


“Lakin istənilən halda prezident danışıqlar prosesinə çıxırsa və bilirsə ki, onun çiyinləri arxasında məsələni minimal itkilərlə həll edə bilən güclü ordu var, o zaman danışıqlar prosesi güc nöqteyi-nəzərindən gedir. Prezident başa düşür ki, üstünlük onun tərəfindədir və özünü daha inamlı hidd edir”-Oleq Jdanov bildirib.

Jdanov qeyd edib ki, əgər ordunu dağıdıb ruhdan salırlarsa danışıqlar prosesi çox çətin gedir. Qarşı tərəf daim hansısa şərtlər irəli sürür və onları qəbul etdirmək istəyir.

“Əgər Ukrayna beynəlxalq hüququn obyekti deyil, subyekti olursa və bizimlə kefi istəyən hər kəs manipulyasiya edirsə o zaman belə variantı doğrudan da nəzərdən keçirmək lazım idi. Məsələn, Azərbaycan. Onlar gündəmdə birinci məsələ kimi Dağlıq Qarabağda hərbi əməliyyatları qoyurlar. Onların ordusu o dərəcədə hazırlıqlıdır ki, bir döyüş əməliyyatı ilə bütün Ermənistanı yerlə bir edir. Bu da qüvvələr bölgüsünü dəyişir, onların danışıqlar prosesindəki mövqeyini dəyişir”-Oleq Jdanov bildirib.

“Məsələn Azərbaycan. Onların ordusu bir əməliyyatla bütün Ermənistanı yerlə bir edər...”


Ekspert hesab edir ki, Ukrayna ordusu da ölkənin şərqində itirilmiş ərazilərini geri qaytarmağa hazır olmalıdır. “Onların onlarla planı olmalıdır. Və bir neçə təlimlər keçirmək lazım idi-komanda-qərargah təlimlərindən tutmuş real döyüş təlimlərinə qədər. Öz niyyətini nümayiş etdirmək lazımdır. Nə qədər ki, biz kolluqda gizlənib oturacağıq, heç kim bizimlə hesablaşmayacaq və məhəl qoymayacaq”-o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 29 mart 2024 13:42
  • Yazan: Natalie
If you are interested in your favorite actors' heights and other detailed information, please take a look at famous celebrities database.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *