Poroşenko debatlara Zelenski olmadan başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Poroşenko debatlara Zelenski olmadan başladı

Poroşenko debatlara Zelenski olmadan başladı


Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin “Olimpiyski” stadionunda əsas rəqibi Vladimir Zelenski ilə nəzərdə tutulan debatlara gəlib.

Debatlar «Телеканал Прямий»da canlı yayımlanır.

Zelenski hələlik debatlara qoşulmayıb. Poroşenko isə onu gözləmədən çıxışına başlayıb. Rəqibinin debata qoşulacağına şübhə ilə yanaşdığını deyən Poroşenko Zelenskini aprelin 16-da İCTV telekanalında canlı debata dəvət edib.

Sonra hazırkı prezident jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Ukrayna xalqı Zelenskini prezident seçsə, rəqibinin qələbəsini qəbul edəcək.

Poroşenko həmçinin bildirib ki, Zelenskinin narkoman olduğuna dair sübutlara malik deyil. “Mən heç vaxt onu narkoman adlandırmamışam”, - deyə o vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *