“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı

“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı

ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq Radiosu”nun baş redaksiyası bəyan edir ki, radionun tacik xidməti bu ölkədə “Emomali Rahmonun repressiv rejimi ilə” sistemli şəkildə əməkdaşlıq edir. Nəticədə “Azadlıq Radiosu”nun rəhbərliyi tərəfindən “Radio Ozodi”yə qarşı təhqiqat başladılıb.

Virtualaz.org xəbər verir ki, radionun bu bəyanatı OpenDemocracy saytında yerləşdirilib.

“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı


“Təəsüflər olsun ki, indiki redaktorlarının əlində radionun tacik xidməti artıq bizim dəyərlərimizə uyğun gəlmir. Bir vaxtlar Tacikistanda nüfuzlu informasiya mənbəyi hesab edilən “Radio Ozodi” bu ölkənin prezidenti Emomali Rahmonun dərindən korrupsyalaşmış avtoritar hakimiyyətinin ruporuna çevrilib”-bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, “Radio Ozodi” Tacikistan hakimiyyətindən asılıdır və özünün hakimiyyətyönümlü fəaliyyəti ilə Birləşmiş Ştatların imicini korlayır.

“Azadlıq” hakimiyyətə satıldı, Vaşinqton təhqiqat başlatdı


Bildirilir ki, bu vəziyyətlə bağlı “Azad Avropa/Azadlıq Radiosu”nun rəhbərliyi tacik xidmətinə qarşı təhqiqatın başladılmasına göstəriş verib. Bəyanatda habelə ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər komitəsinə və Birləşmiş Ştatların qloal KİV üzrə Agentliyinə çağırış edilir ki, onlar da “Radio Ozodi”yə qarşı müstəqil təhqiqat başlatsınlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *