Ermənistan müxalifəti İctimai Radionu ələ keçirdi
Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək, 1926-cı ildən ilk dəfə yayımını dayandırıb.
“Report” xəbər verir ki, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib.
Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublika daxili “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.
Mənbə:> Report