Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir

Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir

“Azadlıq” radiosunun azərbaycan xidmətinin saytında Gürcüstanın Qardabani bölgəsində azərbaycanlılarla svanlar arasında oktyabrın 26-da qarşıdurma baş verdiyi barədə ötən gün yerləşdirilmiş süjetlə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyantla çıxış edib. Nazirlik 2014-cü ilin mayında baş vermiş insidentə dair Gürcüstan İctimai Televiziyasının süjetini indiki baş vermiş hadisə kimi “Azadlıq” radiosu tərəfindən yayılmasını “təxribat” adlandırıb.

Bəyanatda deyilir: “Azərbaycan Daxili İşlər Nazirliyi həmin süjetlə bağlı dərhal Gürcüstan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Gürcü həmkarlarımız oktyabrın 26-da Qardabanidə svanlarla azərbaycanlılar arasında hər hansı insidentin baş vermədiyini bildiriblər. Dəqiqləşdirilib ki, həmin insident 2014-cü ilin mayında baş verib. Lakin “Azadlıq” radiosunun 3 il əvvəl baş vermiş insident barədə süjeti yeni xəbər kimi indi təkrar yayması bu radionun xəbər siyasətinin təxribatçı mahiyyətini bir daha ortaya qoyur. Hesab edirik ki, bu təxribatın Bakı-Tbilisi-Qars dəmir yolunun açılması kimi tarixi əhəmiyyətli hadisə ilə eyni gündə edilməsi təsadüfi deyil və məqsəd gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq cəhdləri ilə bağlıdır. Bu cəhdlər heç bir nəticə verə bilməz və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi, Bakıda dünən baş tutan tarixi açılış mərasimi bir daha azərbaycan və gürcü xalqları arasında dostluq-qardaşlıq bağlarının nə dərəcədə güclü olduğunu sübut edir”.

Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir


Virtualaz.org xəbər verir ki, Gürcüstan İctimai Televiziyası da “Azadlıq” radiosunun redaksiyasına 3 il əvvəlki videosüjetin yeni xəbər kimi yerləşdirilməsi ilə bağlı etiraz məktubu göndərib. Bunu İctimai Televiziyanın direktorunun köməkçisi Ramil Əliyev bildirib.

“Təəsüf ki, Amerika radiosu hələ də bu feyk-xəbəri saytında yığışdırmayıb. Və bu həm Gürcüstanın siyasi dairələrində, həm ölkəmizin azərbaycanlı əhalisi arasında anlaşılmazlıq yaradır. Biz tələb edirik ki, dərhal həmin təxribatçı məlumat yığışdırılsın, Gürcüstan İctimai Televiziyasından, gürcü və azərbaycan xalqlarından üzr istənilsin”-Gürcüstan İTV-nin təcili bəyanatında bildirilir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *