Xamenei: Avropa İrana arxadan zərbə vurdu
Avropa İrana arxadan zərbə vurdu.
“Mehr” agentliyinin məlumatına görə, bunu İranın ali dini lideri Əli Xamenei deyib.
O bildirib ki, Avropa ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxdığına görə Vaşinqtona qarşı çıxmalı olsa da, bunu etməyib.
“Avropa ölkələri nüvə sazişi ilə əlaqədar İrana arxadan zərbə vurdular”, - deyə o vurğulayıb.
Xamenei qeyd edib ki, İran qərb dövlətləri ilə əlaqələri kəsməməlidir, sadəcə onlara etibar etməməlidir.
Mənbə:> Oxu.Az