Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin ləğv olunması haqqında fərman imzalayıb.
Sənədin nüsxəsi Rusiyanın rəsmi hüquq informasiya portalında dərc olunub.
Məlumata əsasən, bu fərmanla Rusiyaya ezamiyyətə gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub.
Bundan başqa, sənədə görə, Türkiyənin analoji qərarı qəbul edəcəyi təqdirdə, türkiyəli yük maşını sürücülərinin viza almasına lüzum qalmayacaq.
Mənbə:> Oxu.Az