Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fərman imzalayıb.
Oxu.Az-ın məlumatına görə, müvafiq sənəd Kremlin rəsmi internet səhifəsində yer alıb.
Fərmana əsasən, hökumətə iki ölkə arasında çarter reyslərinin bərpa edilməsi məsələləri ilə məşğul olmaq tapşırılıb.
Bundan əlavə, Rusiya Nazirlər Kabineti Türkiyə tərəfi ilə iki ölkə arasında xarici iqtisadi əlaqələrə dair danışıqlar aparmalıdır.
Mənbə:> Oxu.Az