Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?

Gürcüstanın ermənilər yaşayan Samsxe-Cavaxetiya bölgəsində bir neçə gün əvvəl-yanvarın 20-də Qarabağda əli dinc azərbaycanlıların qanına batmış erməni cəlladı Mixail Avaqyanın büstünün açılışı Bakı ilə Tiflis arasında ciddi gərginliyə səbəb olub.

virtualaz.org xatırladır ki, bu hadisəyə görə Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə çağırılıb. Öz növbəsində Azərbaycanın Tiflisdəki səfiri Dursun Həsənov Gürcüstan XİN-ə gedərək bu qeyri-dost addımla bağlı izahat istəyib. Habelə sosial şəbəkələrin gürcü seqmentində və Azərbaycan ictimaiyyətində Avaqyanın Gürcüstan ərazisində büstünün qoyulmasına qəzəbli reaksiyalar müşahidə olunur.

Həmin Avaqyan kimdir və Gürcüstanda ona büst qoyulması nəyə görə Azərbaycan ictimaiyyətini, rəsmi dairələrini hiddətləndirib?

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?


Erməni mənbələrində göstərilir ki, Avaqyan Cavaxetiyanın Buqaşen kəndində anadan olub, 8-ci sinfi orada bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texniki peşə məktəbinə daxil olub. Sonradan Rusiyada milis məktəbini bitirib və Abxaziyada milis orqanlarında işləyib. Daha sonra Ermənistana köçüb və orada evlənib. Qarabağda müharibə başlayanda Avaqyan Azərbaycan ərazilərinə yollanıb və orada Horadiz, Xocalı, Hadrut və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Kəşfiyyatçı olub, “Kobra” ləqəbi ilə tanınıb və azərbaycan dilini yaxşı bilməsi kəşfiyyat işində ona kömək edib.

“Qarabağ qəhrəmanı” Avaqyanın Xocalı qətliamında iştirakı xüsusi vurğulanır, onun əli Xocalıda yüzlərlə dinc azərbaycanlının qanına batıb. Nəhayət Horadiz körpüsü uğrunda gedən döyüşlərdə Avaqyan Azərbaycan döyüşçülərindən birinin sərrast atəşi ilə vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?


İndi isə Avaqyanın, bu erməni “kobrasının” doğulduğu kənddə onun büstünü təntənə ilə açıblar. Mərasim üçün tarixi də təsadüfə seçməyiblər-həmin gün Bakıda sovet qoşunları yüzlərlə azərbaycanlını qətlə yetirib və yaralayıb. Əlbətdə, abidənin qırmızı lentini Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan kəsib. Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” koalisiyasını təmsil edən iki erməni deputatı Enzel Mkoyan və Samvel Manukyan da mərasimdə iştirak ediblər. “Avaqyan kimi qəhrəmanların sayəsində erməni xalqı mühüm qələbə qazanıb”-səfir Sadoyan çıxışında deyib.

Azərbaycanla Gürcüstan arasında münasibətlərdə ciddi anlaşılmazlıq, gərginlik yaradan bu hadisəyə rəsmi Tiflisin münasibətini eşitmək hələlik mümkün olmayıb. Lakin gürcü mətbuatı abidənin açılışının Azərbaycan KİV-lərində sərt reaksiyalara səbəb olduğunu, eləcə də sosial şəbəkələrin gürcü seqmentində etiraz yaratdığını qeyd edir.

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?


Qeyd etmək lazımdır ki, Gürcüstanda prezident seçkiləri kampaniyası zamanı hakim koalisiyanın namizədi Salome Zurabişvilinin açıq-aşkar Cavaxetiyanın erməni əhalisinin separatçılıq səylərinə haqq qazandıran çıxışlar etməsi, habelə Saakaşvili hakimiyyətinin türklərə kütləvi şəkildə vətəndaşlıq verməsini pisləməsi o zaman Bakıda ciddi anlaşılmazlıq yaratmışdı. Çünki “Gürcü arzusu” koalisiyası Azərbaycanla dostluq və müttəfiqlik münasibətlərinə sadiq qaldığını bəyan edir. Azərbaycan istər Saakaşvilinin dövründə, istərsə də ondan sonra Gürcüstana güclü dəstək ifadə edib. Böyük yatırımlar qoyub, bu ölkənin əhalisini ucuz qiymətə qazla təchiz edib. Əvəzində isə vaxtaşırı olaraq müxtəlif xarakterli qeyri-dost addımları ilə üzləşəndə təbii ki, buna reaksiya verməli olub.

İndi isə söhbət dost saydığımız ölkədə Azərbaycan ərazilərinin işğalında iştirak edən və əli dinc insanların qanına batan birinə abidə qoyulmasından gedir. Özü də elə ölkədə ki, ərazisində iki etnik münaqişə ocağı var, ərazilərinin beşdə birini faktiki itirib və 90-cı illərin əvvəllərində Azərbaycanla oxşar bəlalarla üzləşib.

Əli dinc azərbaycanlıların qanına batmış “Kobra”ya heykəl qoymaq?


O zaman Azərbaycan 90-cı illərin əvvəllərində gürcü əhalisinə qarşı qırğınlar törədən hansısa abxaz səhra komandirinə, məsələn elə Vladislav Ardzinbaya abidə qoyulmasına öz ərazisində şərait yaratsaydı bunu gürcülər, onların hökuməti necə qarşılayardı?

İndi Gürcüstan hökuməti və “Gürcü arzusu” koalisiyası deyə bilər ki, Avaqyana abidənin qoyulması Cavaxetiyadakı erməni icmasının təşəbbüsüdür, bunun hökumətin siyasətinə dəxli yoxdur və s. Lakin həmin mərasimdə hakim koalisiyanın iki deputatının, milliyətcə erməni olsalar da, iştirakını necə başa düşəsən? Gürcüstan hökuməti, məsələn, azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində Qarabağ müharibəsinin azərbaycanlı qəhrəmanlarından birinə abidə qoymasına da eyni tolerantlığı nümayiş etdirərdimi?

Gürcüstan hökuməti, hakim koalisiyanın lideri Azərbaycan tərəfinin bu haqlı narazılıqlarına və narahatlıqlarına ləngimədən cavab verməlidir. Nədən “Gürcü arzusu” vaxtaşırı olaraq Azərbaycanla münasibətləri zədələyən hərəkətlərə yol verir və indi Xocalı cəlladlarından birinə abidənin qoyulmasına şərait yaratmaqla daha da irəli gedir? Həmin abidə demontaj edilməlidir və Cavaxetiyanın erməni əhalisinə izah edilməlidir ki, onlar Ermənistanda, yaxud separatçı Dağlıq Qarabağ bölgəsndə deyil, suveren Gürcüstanın ərazisində yaşayırlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *