İlkin rəsmi nəticələr açıqlandı: Salome Zurabişvili böyük fərqlə qalib gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İlkin rəsmi nəticələr açıqlandı: Salome Zurabişvili böyük fərqlə qalib gəlir – YENİLƏNİB

İlkin rəsmi nəticələr açıqlandı: Salome Zurabişvili böyük fərqlə qalib gəlir

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.



**21:53 (28.11.2018)

Gürcüstanda prezident seçkilərinin bu gün keçirilən ikinci tutunda hakim “Gürcü arzusu” koalisiyasının namizədi Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca keçmiş prezident Mixail Saakaşvili Avropadan öz tərəfdarlarına müraciət edib.

Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili videomüraciətində əhalini küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə səsləyib. O, “Gürcü arzusu”nun lideri Bdzina İvanişvilini “çirkin oliqarx” adlandırıb. Bildirib ki, İvanişvili qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb.

Saakaşvilinin sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib. Və bu seçkilərin demokratiyaya və xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur.

“Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm”-o bildirib.

Mixail Saakaşvili qeyd edib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək. “Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır”
-o bildirib.

Saakaşvili “istənilən yolla” Gürcüstana qayıdacağını da deyib.

* * *20:22

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Virtualaz.org bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Xatırladaq ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Onu da qeyd edək ki, Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

İlkin rəsmi nəticələr açıqlandı: Salome Zurabişvili böyük fərqlə qalib gəlir


Yeri gəlmişkən, seçkilərin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri artıq açıqlanıb.

“Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *