Seçicilərin 47%-i Gürcüstandakı prezident seçkilərində səs verib
Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib. Bunu Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib.
O deyib ki, seçkilərdə ümumilikdə 1 milyon 637 min 956 vətəndaş iştirak edib.
Seçicilərin ən yüksək fəallığı Keda rayonunda (64,74%), ən aşağı fəallıq isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (36,47%) qeydə alınıb.
Tbilisiyə gəlincə, paytaxtda seçici fəallığı 45,4% olub.
* * *20:24
Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
Xatırladaq ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.
Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.
* * *19:17
Gürcüstanda seçici fəallığı saat 17:00 üçün 38,6% təşkil edib. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.
Səsvermə prosesində iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.
Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.
Tbilisidə isə seçici fəallığı 36,2% olub.
Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.
* * *17:41
Gürcüstandakı prezident seçkilərində indiyədək 1 milyondan artıq seçici səs verib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, saat 15:00-da seçici fəallığı 30,98 faiz təşkil edib.
* * *13:38
Gürcüstanın Mərkzi Seçki Komissiyasının məlumatına görə, saat 12:00-da seçicilərin ölkə üzrə səsvermədə iştirakı 15,95 faiz təşkil edib.
MSK-nın məlumatında bildirilir ki, seçicilərin ən yüksək aktivlik səviyyəsi 27,4 faizlə Ambrolauri dairəsində qeydə alınıb.
Rəsmi məlumata görə, ən az seçici fəallığı Kazbeqidə olub. Burada seçicilərin cəmi 12 faizi məntəqələrə gəliblər.
Bu gün Gürcüstanda prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir.
* * *9:48
Gürcüstanda saat 08:00-da prezident seçkilərində səsvermə üçün səsvermə məntəqələri açılıb.
Bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olacaq. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.
Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.
Qeyd edək ki, Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.
Mənbə:> Virtualaz.org