Saakaşvili tezliklə Bakıda görünəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Saakaşvili tezliklə Bakıda görünəcək

Saakaşvili tezliklə Bakıda görünəcək

Azərbaycan hakimiyyətinin müxtəlif kanallarla öz narazılığını dəfələrlə çatdırmasına baxmayaraq Gürcüstandakı hakim “Gürcü arzusu” koalisiyası rəsmi Bakıya qarşı açıq və gizli fəaliyyət göstərən müxalif-ekstremist elementlər üçün meydança ayırmaqda davam edir. Virtualaz.org xəbər verir ki, Bakıdan yenə də bir qrup müxalifətçi Tiflisə dəvət alıb və onlar noyabrın 1-dən 3-nə qədər Almaniyanın Konrad Adenaur Fondunun Gürcüstan paytaxtında təşkil etdiyi konfransa qatılacaqlar. Konfrans "Şərq Tərəfdaşlığı liderləri dəyişiklik layihəsi naminə” adlanır.

Təşkilatın saytında göstərildiyi kimi əsas məqsədi Gürcüstan və Ukraynadakı problem və imkanların açıq müzakirəsidir. Lakin müzakirələr şübhəsiz ki, bu iki ölkə ilə yekunlaşmayacaq və Şərq Tərəfdaşlığına qoşulmuş Azərbaycanı da əhatə edəcək. Hansı ki, konfransa Bakıdan keçmiş Müsavat başqanı, hazırda fəal siyasətdə olmayan İsa Qəmbərin və bəzi digər hakimiyyət əleydarlarının qatılacaqları məlumdur.

Saakaşvili tezliklə Bakıda görünəcək


Bu, Gürcüstan hakimiyyətinin Bakıya qarşı növbəti qeyri-dost addımı kimi dəyərləndirilir. Əvvəllər də yazdığımız kimi Azərbaycanın yarıgizli müxalif radikal qeyri-hökumət təşkilatlarının və hakimiyyətə qarşı açıq təcavüzkar təbliğat aparan KİV-lərin əksəriyyəti məhz Gürcüstanda sığınacaq tapıblar. Və bütün bunlar Azərbaycandan Gürcüstana həm dövlət, həm özəl investisiyaların ildən ilə artdığı, bu ölkə əhalisinin enerji daşıyıcıları ilə Azərbaycanın hesabına bazar qiymətindən xeyli ucuz təmin olunduğu bir vaxtda baş verir. Dəfələrlə Azərbaycan hakimiyyəti riskə gedərək təhlükəli, kritik situasiyalarda Gürcüstana dəstək verib.

Saakaşvili tezliklə Bakıda görünəcək


Bu baxımdan rəsmi Bakı üçün Gürcüstandakı “Gürcü arzusu” koalisiyası hökumətinin antihakimiyyət ünsürlərinə bu cür şərait yaratması, onlara Bakıya qarşı müharibə aparmaq üçün platforma verməsi tamamilə anlaşılmazdır. Lakin hələlik Bakı mümkün qədər səy və səbr nümayiş etdirir ki, bu məsələ iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə təsir etməsin. Hərçənd bütün əlamətlər var ki, Bakının səbri tükənmək üzrədir. Əgər Tiflisdə sığınacaq tapmış mühacirət müxalifətinə münasibətdə neçə vaxtdır hökm sürən şübhəli tolerantlığa son qoyulmasa o zaman biz Bakının sürpriz cavab addımlarını müşahidə edə bilərik.

Saakaşvili tezliklə Bakıda görünəcək


Belə addımlardan biri Gürcüstanda reytinqi yenidən yüksələn keçmiş prezident Mixail Saakaşvilinin Azərbaycanda yerləşməsinə və buradan “Gürcü arzusu”na qarşı müqaviməti təşkil etməsinə şərait yaratmaqdan ibarət ola bilər. Hansı ki, bir müddət əvvəl saytımız bu mümkün cavab addımı barədə yazmışdı və Bakının Saakaşvilini Azərbaycana dəvət etmək variantı üzərində düşündüyünü bildirmişdi. İndi aldığımız məlumata görə Gürcüstan hökumətinin Azərbaycan hakimiyyətinə qarşı çıxan, o cümlədən radikal-ekstremist və hətta etnik separatçılıq mövqeyində olan elementlərə münasibətdə davranışlarını dəyişmək niyyətində olmadığını görərək Bakıda bu variantı işə salmağa hazırlaşırlar.

Başqa sözlə, biz tezliklə Mixail Saakaşvilini Azərbaycanda görə bilərik. Əslində Mixail Saakaşvilinin Bakıyla münasibətləri heç vaxt pis olmayıb. Məhz onun hakimiyyəti illərində Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri dərinləşib və Saakaşvilinin Azərbaycan rəhbərliyinə daxil olan şəxslərlə şəxsi dostluq münasibətlərinin də olduğu məlumdur. Ancaq rəsmi Bakı Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyindən, “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq və qonşu ölkənin daxili işlərinə müdaxilə ehtimalına əsas verməmək naminə Saakaşvilidən məsafə saxlayırdı. Onun Bakıda görünməsinə uzun müddətdən bəri qeyri-rəsmi qadağa da qoyulmuşdu.

Saakaşvili tezliklə Bakıda görünəcək


Əvəzində nə baş verdi? O baş verdi ki, Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparanlar məhz Tiflisi özlərinə məskən seçdilər və orada Qərb fondlarının qrantlarına çıxış imkanları əldə etdilər. Əlbətdə, Gürcüstanda bunu Avropa liberal demokratiyasının dəyərləri ilə əsaslandıra bilərlər, lakin o zaman Saakaşvilinin Azərbaycanda yerləşməsi və öz partiyasını hakimiyyətə gətirmək üçün tərəfdaşlarını buradan səfərbər etməsini də eyni məntiqlə izah etmək mümkündür.

Gürcüstandakı siyasi vəziyyətin nə dərəcədə kövrək olduğu Bakıya yaxşı məlumdur və belə demək olar ki, “Gürcü arzusu” koalisiyasının mövqeləri hazırda xeyli kövrəkdir. Belə bir vaxtda Saakaşvilinin Gürcüstana yaxınlaşması və öz tərəfdarlarını səfərbər etməsi hakim koalisiya üçün əsl təlatüm yarada bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *