Avropa İttifaqı Avstriyaya qarşı araşdırmalara başlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avropa İttifaqı Avstriyaya qarşı araşdırmalara başlayıb

Avropa İttifaqı Avstriyaya qarşı araşdırmalara başlayıb

Avropa İttifaqı Avstriyaya qarşı müqavilə şərtlərini pozduğuna görə araşdırmalara başlayıb. Avropa Komissiyasının sosial məsələlər üzrə komissarı Marianne Tissen bildirib ki, araşdırmalara səbəb Avstriyanın uşaqlara görə ailələrə ödənilən müavinətlərin indeksləşdirilməsidir.

Bir ildən artıqdır hakimiyyətdə olan koalisiyalı hökumət ailələrə ödənilən uşaqpulunun həmin uşağın yaşadığı ölkənin həyat şərtləri əsasında indeksləşdirilməsi barədə qərar qəbul etmişdi. Belə ki, valideynləri Avstriyada yaşayıb-işləyən, özü isə digər bir ölkədə yaşayan uşaqlar üçün uşaqlara müvafiq müavinət həmin ölkənin həyat şərtlərinə uyğunlaşdırılıb. Avstriya hökumətinin bu addımı valideynlərlə yanaşı, bir çox Şərqi Avropa ölkələrinin rəsmiləri tərəfindən etirazla qarşılanıb. İndiyədək yeddi Şərqi Avropa ölkəsi bu addımına görə Avstriyaya qarşı Avropa Komissiyasına şikayət ünvanlayıb. Uşaqlara görə ödənilən müavinətlərin indeksləşdirilməsi, ümumilikdə, 125 min uşağa şamil olunur və onların əksəriyyəti Slovakiya, Macarıstan, Polşa və Rumıniyada yaşayırlar. İndeksləşmə sayəsində Avstriya hökuməti hər il 114 milyon avroya qənaət etmək niyyətindədir.

Komissar Marianne Tissen bildirib ki, Avstriyanın indeksləşdirməyə dair qərarı olduqca qeyri-ədalətli yanaşmadır: “Avropa İttifaqında ikinci kateqoriyalı işçi kütləsi olmadığı kimi, ikinci kateqoriyalı uşaqlar da ola bilməz”. Avropa Komissiyasının apardığı ilkin analizlər göstərib ki, Avstriyanın qəbul etdiyi bu qərar Aİ qanunları ilə ziddiyyət təşkil edir. Komissar qeyd edib ki, Avstriyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan şəxslər bu ölkənin sosial sisteminə öz töhfələrini verirlər və onların övladları harada yaşamasından asılı olmayaraq, müavinətləri tam şəkildə almaq haqqına sahib olmalıdırlar.

Rəsmi Vyana iki ay müddətində Avropa Komissiyasına yeni qaydalarla bağlı izahat verməlidir. Əgər məsələ qarşılıqlı anlaşma yolu ilə həllini tapmazsa, Avstriya dövlətinə qarşı Avropa Ədalət Məhkəməsi qarşısında iş açıla bilər.

Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss Brüsselin mövqeyinə görə narahatlıq keçirmədiklərini bildirib. O qeyd edib ki, Avstriya hökuməti qəbul etdiyi qərarı düzgün və Avropa qanunlarına konform hesab edir, eyni zamanda, Avropa Komissiyasının indeksləşməni yoxlamaq hüququnu da qəbul edir. Əgər komissiya Avstriyanın dəlillərini yetərli hesab etməzsə, o zaman yekun söz Avropa Ədalət Məhkəməsində olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *