Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələdi

Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələdi

"Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı istintaqın tam şəffaf şəkildə aparılmasını gözləyir. Əks təqdirdə, bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyini istisna etmir".

TASS xəbər verir ki, bunu Avstriya Kansleri Sebastian Kurtz Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün ikinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Sanksiya məsələsi gündəmdə olmadığından bununla bağlı müzakirə aparmadıq. Lakin sizə dəqiq deyirəm ki, Aİ tərəfindən bu məsələ ilə bağlı cavab tədbirlərinin (Səudiyyə Ərəbistanına qarşı – red.) atılması mümkündür” – Kansler deyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *