Paşinyan rəsmən Ermənistanın baş naziri oldu
Ermənistan prezidenti Armen Sarkisyan yeni seçilmiş parlamentin ilk iclasında ölkənin müvəqqəti hökumət başçısı Nikol Paşinyanı Ermənistan baş naziri vəzifəsinə təyin edib.
Oxu.Az xəbər verir ki, bu haqda Ermənistan prezidentinin rəsmi saytında məlumat dərc olunub.
Ermənistan konstitusiyasına görə, dövlət başçısı parlamentdəki çoxluğun namizədliyini irəli sürdüyü şəxsi parlamentin ilk iclasında baş nazir vəzifəsinə təyin edir.
Növbədənkənar seçkilər keçirilən hallarda, Ermənistan Milli Məclisinin səlahiyyət müddəti onun ilk sessiyasının açılış anından etibarən başlayır.
Qeyd edək ki, Ermənistanın yeddinci çağırış parlamenti 132 deputatdan ibarət olacaq. “Mənim addımım” hakim bloku 88 mandat, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları müvafiq olaraq 26 və 18 mandat əldə edib.
Mənbə:> Oxu.Az