Qanqsterlərin böyük müharibəsi gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Qanqsterlərin böyük müharibəsi gözlənilir

Qanqsterlərin böyük müharibəsi gözlənilir

2019-cu ilin gəlişini oğru dünyası səbirsizliklə gözləyirdi. Çünki bu ilin yaz və yay aylarında "qanuni oğru"lar üçün önəmli hadisələrin baş verəcəyi qaçılmazdır. Məhz bu il kriminal aləmin tanınmış “generalları" - Tariel Oniani və Əhməd Dombayev həbsxanadan azadlığa çıxacaqlar.

"Vor №1" olmaq istəyən “Taro” ləqəbli T.Onianinin, sözsüz ki, şansı daha çoxdur. Çeçen “qanuni oğru” “Əhməd Şalinski” isə mövqeyini bazar biznesinə doğru çəkə bilər. Hansı ki, hazırda bu sahəyə azərbaycanlı “qanuni oğru”lar - Rövşən Canıyev, Vahid Suleymanov və digərləri nəzarət edirlər. Bu səbəbdən də ilin ikinci yarısının genişmiqyaslı “sxodka”lar və sərt “razborka”larla zəngin olacağı gözlənilir.

Artıq on ildən çoxdur ki, dəmir barmaqlılar arxasında həbsxana həyatı sürən “Taro” kriminal aləmin ən sanballı və ən nüfuzlu “qanuni oğru”larından biridir. Mərhum “Ded Xasan” ləqəbli məşhur Aslan Usoyanın sağlığında onunla “müharibə”yə girişməkdən çəkinməyən T.Oniani həmin ərəfələrdə bir çox nüfuzlu “qanuni oğru”ları öz ətrafına toplaya bilmişdi. “Taro”nun dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb də məhz bu “müharibə”nin (2009-cu ildə T.Oniani hədə-qorxu ilə pul tələb etməkdə və adam oğurluğunda ittuham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib – red.) nəticəsi olmuşdu. Oğru dünyasının bir çox üzvləri kriminal aləmin aparıcı fiqurlarından birinə çevrilən “Taro” nun 2013-cü ildə “Ded Xasan”a layiqli cavab verdiyini düşünür və onun qətlinin sifarişçisi olduğunu istisna etmirlər. Sui-qəsdin digər iştirakçıları isə “Merab Suxumskiy”, Rövşən Canıyev və Camal Mikeladze olduğu bildirilir.

Qanqsterlərin böyük müharibəsi gözlənilir


“Ded Xasan”a qarşı sui-qəsddə “Taro”nun əlinin olması 2015-ci ildə Ermənistanda keçirilən “sxodka”da müzakirə edilib. Bu, son illər kriminal aləmin ən böyük “sxodka”sı hesab edilir. “Sxodka”da “qanuni oğru”lar “Taro” həbsxanadan çıxana qədər sözügedən sui-qəsdin müzakirəsini təxirə salmağa, bütün sualları şəxsən onun özünə verməyi qərara alıblar. Ermənistanda keçirilən bu “sxodka”nın təşəbbüskarı isə “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşov olub. Yeri gəlmişkən, qeyd edək ki, “Şakro Molodoy” özü də 10 il həbs cəzası alıb və hazırda həbsxanadadır.

Digər sui-qəsdçilərə gəlincə, onlardan biri – “Taro”nun yaxın dostu “Merab Suxumskiy”dir. Rövşən Canıyev İstanbulda killer tərəfindən güllələnib. Camal Mikeladze isə xarici ölkələrdə ictimai yerlərdə yalnız qeyri-adekvat hərəkətləri ilə yadda qalıb. Deyilənlərə görə, bəzi zərərli vərdişlərə meylli olan Camal Mikeladze ilə ünsiyyət qurmaq belə mümkün deyil. Ona görə də, kriminal aləmin üzvlərinin böyük əksətiyyəti ona məhəl qoymurlar. Əslində heç C.Mikeladze özü də hər hansı böyük hədəflərə can atmır.

Qanqsterlərin böyük müharibəsi gözlənilir


“Taro” 2019-cu ilin əvvəllərində azadlığa çıxmalıdır. Rusiya pasportu daşıyan “Taro”nun sənədi etibarsız hesab olunduğundan həbsdən çıxan kimi onu bu ölkədən deportasiya edəcəklər. O, özü də bu barədə məlumatlandırılıb. T.Oniani çirkli pulların yuyulması və cinayətkar qruplaşmaya rəhbərlik etməsi maddələri ilə İspaniyada axtarışa verilib.

Deyilənlərə görə, “Merab Suxumskiy”in cəhdləri uğursuz alınmayıb. “Taro”nu krallıqda əvvəlkindən daha loyal münasibət gözləyir. Elə “Taro” özü də buna ümid edir. Azadlığa çıxdıqdan sonra ”Taro” “oğru dünyası”nda böyük “sxodka”lar təşkil etmək, kriminal aləmlə bağlı müəyyən məsələləri yerbəyer etmək niyyətindədir.

T.Onianin ehtimal olunan hərəkətlərini indidən görməmək çətin deyil. O, özü xaricdə qalacaq və daha güclü bir “cəbhə” formalaşdıracaq.

Əgər Oniani bütün planlarını həyata keçirə bilərsə, o "vor №1" yerini tamamilə tuta bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *