"Taro" "Qara delfin"dən çıxan kimi Rusiyanı tərk etməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

"Taro" "Qara delfin"dən çıxan kimi Rusiyanı tərk etməlidir

"Taro" "Qara delfin"dən çıxan kimi Rusiyanı tərk etməlidir

“Taro” ləqəbi ilə tanınan “qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər.

Bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini “Qara delfin”də çəkən “qanuni oğru” bu haqda avqustun 6-da məlumatlandırılıb. “Taro” ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

Bu xəbər “Taro”nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma “qanuni oğru”ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.

Nazirliyin nümayəndələri ilə “qanuni oğru”nun görüşü isə ötən həftə baş tutub. Güc strukturlarından verilən məlumata görə, ən təhlükəli cinayətkarların saxlanıldığı xüsusi rejimli cəzaçəkmə müəssisəsi “Taro”ya o qədər də güclü təsir etməyib. O, söhbət əsnasında özünü olduqca sakit və təmkinli aparıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *