Paşinyan Putinin ağuşunda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Paşinyan Putinin ağuşunda – YENİLƏNİB

Paşinyan Putinin ağuşunda

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə onunla zarafatlaşıb.

N.Paşinyan deyib: “Artıq neçənci görüşüm olduğunun hesabını itirdim. Protokoldan olan uşaqlar mənə gizlicə dedilər ki, mən Rusiyaya ən çox səfər edən xarici liderlərdən biriyəm. Əminəm ki, bu səfərlər bizim strateji əlaqələrimizin əhəmiyyətini göstərir və münasibətlərimizin bu cür dinamikası qorunub saxlanacaq”.

Paşinyan Rusiya ilə Ermənistan arasında iqtisadi və parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əmniliyini bildirib.

* * *19:12

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldəki görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı, partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib və bütün planlarının reallaşdırmasında uğurlar diləyib.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

N.Paşinyanla görüşdə V.Putin həmçinin bildirib ki, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi artır, bu dinamikanı, eləcə də başqa istiqamətlər üzrə iki ölkənin qarşılıqlı fəaliyyətini, saxlamaq lazımdır.

"Bizim münasibətlərimizi xarakterizə etmək lazım deyil: bu həqiqətən də, kifayət qədər yüksək məzmunla dolu ittifaq münasibətləridir”,-deyə

Rusiya lideri bildirib.

O xüsusi vurğulayıb ki, Rusiyanın xarici dövlətlərlə xarici iqtisadi əməkdaşlığında Ermənistan birinci yeri saxlayır, 2017-ci ildə ikitərəfli əmtəə dövriyyəsi, demək olar, 30% artıb.

"Bu ilin on ayı ərzində əmtəə dövriyyəsi daha 17,5% artıb. Dinamika yaxşıdır, onu saxlamaq lazımdır", - Rusiya prezidenti deyib.

Onun sözlərinə görə, Moskva Yerevanla münasibətlərin belə səviyyəsinin, həm də yalnız iqtisadi sferada deyil, eləcə də başqa istiqamətlərdə, xüsusən də təhlükəsizliyin təmin olunması sahəsində, saxlanılması üçün ondan asılı olan hər şeyi etməyə hazırdır.

"Ümumiyyətlə, çox zəngin bir gündəliyimiz var", - deyə Putin vurğulayıb.

Baş naziri Nikol Paşinyan görüşün gedişatında Rusiya Federasiyası prezidenti Vladimir Putini növbəti ildə Ermənistana baş çəkməyə dəvət edib.

"Biz, həmçinin növbəti ildə Sizi Ermənistanda rəsmi səfərlə gözləyirik və bu bizim üçün çox xoş olacaq", - deyə Kremldə Putinlə görüşdə Paşinyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *