Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?

Bakının uzun müddət təmirə bağlanan ən böyük prospektlərindən biri - Babək prospektində yenidənqurmadan sonra piyada zolaqlarının və piyada keçidlərinin olmaması əhali arasında narazılıqlar yaradıb.

Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu vəziyyətin paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik daha bir prospektdə piyada vurulma hallarını artıracağı deyilir. Daha əvvəl dəfələrlə Bakının Heydər Əliyev prospekti, Zığ şosesi, Buzovna-Zuğulba yolu və digər ərazilərində yüksək sürət həddi müəyyən edilməsinə baxmayaraq, piyada keçidlərinin inşa olunmamasından yazmışıq. Sakinlər əlacsızlıqdan həyatlarını təhlükəyə ataraq, sürətlə şütüyən avtomobillərin arasından keçməli olurlar. Artıq yeni təmir olunan ünvanda da piyada vurulmalarının tez-tez baş verməsi qaçılmaz olacaq.

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?


Avtosfer.az saytının yazdığına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Babək prospektinin təmiri ilə bağlı layihəsində 6 yerdə piyada keçidinin qoyulması nəzərdə tutulubmuş. Lakin təmir işləri başa çatandan sonra Agentliyin əməkdaşları bildirib ki, keçidləri qoymağa pul qalmayıb. Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Babək prospektində piyada keçidlərinin qoyulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə danışıqlar aparır. Mənbə qeyd edir ki, əvvəlcə prospektdəki geriyədönmə yerlərində plastik dirəklər basdırılsa da, sonradan yük maşınları və avtobusların dönmə əməliyyatını icra edərkən onları qırması həmin dirəklərin yığışdırılması ilə nəticələnib.

Bəs yeni təmirdən çıxan prospektdə piyada keçidləri niyə qoyulmayıb? Keçidləri qoymaq kimin yadından çıxıb? Yaranmış vəziyyətlə əlaqədar cavabdeh dövlət orqanları isə bir-birini ittiham edir.

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, bu məsələdə adı çəkilən qurumu günahlandırmaq düzgün deyil. Onun sözlərinə görə, yol təsərrüfatında aparılan işlərdən anlayışı olmayan insan bu cür fikirləşə bilər: “Çünki biz sırf yolun yenidən qurulması işlərini aparırıq. Yenidənqurma zamanı layihə üzrə nə nəzərdə tutulubsa, onu da həyata keçiririk. Təbii ki, bu layihə də bütün aidiyyati qurumlarla razılaşdırılmış şəkildə həyata keçirilir. Yol hərəkətinin təşkili və təhlükəsizliyi birbaşa bizim səlahiyyətimizdə olmadığına görə, biz nəzərdə tutulan yerlərdə aidiyyatı qurumların razılığı ilə və onların mütəxəssislərinin iştirakı ilə yol nişanları quraşdırır, yolu xətləyir, piyada zolaqlarını çəkib təhvil veririk. Biz özbaşına orada nə yol nişanı quraşdıra bilərik, nə xətt, nə də piyada zolağı çəkə bilərik”, - deyə o bildirib.

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?


Agentlik rəsmisi həmçinin qeyd edib ki, layihədə göstərilənə uyğun xətlənmə işləri icra olunub, yol nişanları quraşdırılıb, əgər piyada zolağı da tələb olunsa, icraçı kimi lazım olan ərazilərdə çəkib təhvil veriləcək.

Aidiyyatı qurumlara gəlincə isə, A.Nəcəfli bildirib ki, Bakı şəhərində yol hərəkətinin təşkili və təhlükəsizliyi birbaşa Dövlət Yol Polisi və Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir.

Plastik dirəklərin sökülməsinə gəlincə isə, Agentlik rəsmisi qeyd edib ki, layihədə plastik dirəklərin qoyulması nəzərdə tutulduğundan həmin dirəklər qoyulub. Lakin sonradan əhali arasında baş verən narazılıqları nəzərə alaraq Agentlik onları sökmək məcburiyyətində qalıb: “Əslində, oradakı geridönmə yeri iri qabaritli avtomobillərin geri dönməsi üçün nəzərdə tutulmamışdı. Sadəcə olaraq, bizim sürücülərimiz girib onu zədələmişdilər. Bu, narazılığa səbəb oldu, sosial şəbəkələrdə geniş müzakirə olundu. Biz də məcbur olub o dirəkləri çıxardıq. Düz xətt çəkildiyinə görə, həmin ərazidə DYP-nin sürücüləri cərimələməsi ilə bağlı deyilənlər yanlışdır. Yol polisi də gözəl bilir ki, oradan dönən maşınlar həmin xətti tapdayıb keçirlər. Buna görə, maraqlanmışam, heç kimə cərimə yazılmır. Bu barədə heç bir əsaslandırılmış fakt yoxdur. Yol polisi o qədər qəddar qurum deyil ki, xırda bir şeyə görə hamını cərimələsin”.

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?


Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə virtualaz.org-a bildirib ki, bu məsələ ilə bağlı onun adından yanlış informasiya yayıblar. Bölmə rəisinin sözlərinə görə, özü də həmin ərazidən istifadə edir və orada hər şey yüksək səviyyədə təmin edilib: “Həmin ərazidə həm piyada zolağı, həm yeraltı keçid, həm də geriyə dönmə yerləri var. Təxminən 4 yerdə - NZS kimi tanınan ərazidə, “Venera” şadlıq sarayının qarşısında, Keşlə qəsəbəsinin çıxışında və hərbi hissənin qarşısında svetoforla tənzimlənən piyada keçidləri var. Bundan başqa, “Monte Karlo” şadlıq sarayının yuxarısında - Dimitrov küçəsilə kəsişən hissədə və “Murad” şadlıq sarayının yanında – SOCAR-ın inzibati binasının qarşısında iki yeraltı piyada keçidi tikilib. Bundan əlavə, Babək prospektinin yuxarı hissəsində, Neftçilər xəstəxanasının yaxınlığında bir keçidi var”.

V.Əsədov həmçinin qeyd edib ki, sözügedən prospektdə 4 geridönmə yeri də var.

Babək prospektində piyada keçidləri qoymaq yaddan çıxıb?


“Mənim söylədiyim yeganə nöqsan odur ki, Babək prospekti ilə Ağ şəhər birləşməyib. Hazırda həmin ərazidə təmir-tikinti işləri gedir. Bu işlər tam başa çatdıqdan sonra gələcəkdə də Ağ şəhər ilə Nobel prospektindən başlayaraq Babək prospekti istiqamətində olan yollar birləşər və problem öz həllini tapar. Buna isə zaman lazımdır”.

Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Agentlikdən mövzu ilə bağlı yaxın vaxtlarda açıqlama verəcəklərini dedilər.

Xatırladaq ki, Babək prospektinin təmirinə bu ilin fevral ayından başlanılıb. Prezident İlham Əliyev prospektin yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,1 milyon manat vəsait ayırıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *