Bakının qanlı yolları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakının qanlı yolları – VİDEO

Bakının qanlı yolları


Bakıda sürətli yollar çəkilsə də, əksəriyyətində hələ də piyada keçidləri inşa olunmayıb. Sakinlər əlacsızlıqdan həyatlarını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından keçməli olurlar. Hələ eyni yolu gündə bir neçə dəfə, həm də azyaşlı uşaqlarla birlikdə keçənlər də var.

Kütləvi informasiya vasitələri piyada keçidləri ilə bağlı problemi dəfələrlə işıqlandırısa da, demək olar ki, sürətli yolların çoxunda bu problem həll olunmamış qalır. Ən təhlükəli vəziyyət isə Heydər Əliyev prospekti (SOCAR-ın baş ofisinin qarşısı), Zığ şosesi, Zuğulba-Buzovna yolu, Bakı dairəvi yolu və digərlərində müşahidə olunur.



Buzovna qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, uşaqlarını məktəbə aparmaq üçün hər gün yüksək sürət həddi müəyyən olunan Zuğulba-Buzovna yolunu keçməli olurlar. Qəsəbənin Çingiz Mustafayev küçəsində yaşayan Səadətxanım Əliyeva BBC-yə bildirib ki, yolu keçən zaman avtomobil onu vuraraq yarımcan edib: “Maşın vurdu yarımcan olub qaldım. Nəvəmi məktəbə apara bilmirəm, çünki yol çox uzaqdır. Uşağı aparmaq üçün maşın tutmağa da imkanım çatmır, kasıb adamam”.

Digər sakin Fatimə Əhmədova isə həmin ərazidə tez-tez qəzaların baş verdiyini deyir: “Sürətli yoldur, orada çox qəzalar baş verib. Ona görə də uşaqları məktəbə çox çətinliklə, qorxa-qorxa aparırıq”.



Bir neçə ay əvvəl virtualaz.org Heydər Əliyev prospektinin Zəki Məmmədov küçəsi ilə kəsişməsindən, bədbəxt hadisələrin ən çox baş verdiyi ərazidən reportaj hazırlamışdı. Hərəkətin kifayət qədər intensiv olduğu prospektin hər iki tərəfində zavod və müəssisələr yerləşdiyindən hər gün işə gedib-gələn sakinlər bu yolu keçməli olurlar. Əhalinin çoxsaylı şikayətlərdən sonra səhər və axşam saatlarında yolu keçənlərə yardım etmək üçün əraziyə polis əməkdaşları təhkim olunsa da, bu, problemi həll etməyib, sakinlərin həyatları üçün təhlükə hələ də qalır. Bəs daha nə qədər insan həyatını itirməli və ya şikəst olmalıdır ki, həmin ünvanlarda piyada keçidləri inşa olunsun?

Bakının qanlı yolları


Bakı Nəqliyyat Agentliyindən sakinlərin müraciətləri əsasında artıq həmin təhlükəli ərazilərin müəyyən olunduğu bildirilib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a açıqlamasında deyib ki, 19 ünvanda piyada keçidi inşa olunacaq: “Bakı şəhərində əsasən hərəkətin intensiv olduğu, eyni zamanda sürət həddinin yüksək olduğu yollarda müxtəlif səviyyəli piyada keçidləri inşa ediləcək. Bakı Nəqliyyat Agentliyinə daxil olan vətəndaş müraciətləri və mütəxəsisslərimizin apardığı təhlillərin nəticələrinə əsasən piyada keçdilərinin təşkili ilə bağlı 19 ünvan müəyyən edilib. Artıq müvafiq qurumlarla da razılaşdırılıb. Sadalanan ünvanlar da həmin siyahıya daxildir”.

M. Ağayev həmçinin qeyd edib ki, artıq bəzi ünvanlarda tikinti işlərinə başlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *