Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı » AzNews.info -Xəbər portalı

Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı

Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed ibn Salman etiraf edib ki, Misir və İordaniya ilə sərhəddə NEOM adlı fantastik şəhər salmaq planları uğursuzluğa düçar olub. virtualaz.org “The Financial Times”ə istinadən xəbər verir ki, vəliəhd biznesmenlərlə görüşündə bu haqda danışıb. Bildirib ki, yaxın illərdə heç kimin bu layihəyə investisiya qoyacağına inanmır. Çünki jurnalist Camal Xaşoginin öldürülməsinə reaksiyalar çox sərt olub.

Şahzadə etiraf edib ki, dünyanın Xaşoginin öldürülməsinə reaksiyası ümumiyyətlə Səudiyyə krallığının daha modern ölkəyə çevrilməsi planlarını təhlükədə qoyub.

Muhammed bin Salman NEOM adlı müasir şəhər salınması da daxil olmaqla Səudiyyə krallığını modernləşdirmək planlarını iki il əvvəl, neftin kəskin ucuzlaşdığı vaxtlarda elan etmişdi. Onun planlarına iqtisadiyyatın neftdən asılılığını azaltmaq, həyatın bütün sahələrində islahatlar aparmaq, qadınlara daha geniş hüquqlar vermək daxil idi. Şahzadə “Vision-2030” adlı islahatlar paketini açıqlayandan sonra çox keçmədən faktiki saray çevrilişi nəticəsində vəliəhdə çevrildi. Və çox keçmədən atasının əvəzindən ölkəni idarə etməyə başladı. Onun NEOM adlı fantastik şəhər layihəsinin 500 milyard dollara başa gəlməsi nəzərdə tutulurdu. Bu, özünün ayrıca iqtisadiyyatına, qanunlarına malik olan şəhər olmalıydı, orada rəqəmsal texnologiyalardan, yeni energetikadan, biotexnologiyadan istifadə edilməliydi.

Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı


Lakin müxalif jurnalist Camal Xaşoginin vəliəhdin əmri ilə Səudiyyənin İstanbuldakı konsulluğunda elektrikli mişarla doğranmasından sonra layihənin xarici məsləhətçiləri, o cümlədən arxitektor Norman Foster öz imiclərini təhlükədə qoymamaq üçün layihədən uzaqlaşdı. Habelə xarici investorlar da layihə ilə bağlı danışıqları dayandırdı.

Nəticədə şahzadə bin Salman biznesmenlərlə görüşündə deyib ki, indi Səudiyyə Ərəbistanı ənənəvi iqtisadiyyata daha çox vəsait qoyacaq. Qəzet yazır ki, bununla da kral Salmanın oğlu islahatlar kursunun iflasa uğradığını etiraf etmiş olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *