Kral Trampa işləyir, oğlu Putinə...
Dünya birjalarında “Brent” markalı neftin qiyməti bu gün Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hasilatın azaldılmasına dair razılaşmanın əldə edilməsi xəbərlərindən sonra kəskin artıb.
Virtualaz.org xəbər verir ki, neft ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı kralı Əbdüləziz əl-Saud bin Salmanla anlaşması nəticəsində bir neçə həftədir ucuzlaşırdı və 30 faizə qədər dəyərdən düşmüşdü Ötən həftə “Brent” markalı neftin qiyməti 58 dollara qədər geriləmişdi. Tramp neftin ucuzlaşmasına görə Tvitter-də özünü tərifləmişdi və kralı ABŞ-ın “çoxlu nefti olan yaxın müttəfiqi” adlandırmışdı.
İndi isə Argentinada G20 sammti zamanı ötən həftə sonu Putinlə vəliəhd arasında mehriban görüş baş tutub. Və tərəflər hasilatın gündə 1.5 milyon barrel azaldılması barədə OPEC+ razılaşmasının qüvvədə saxlanılması barədə anlaşıblar. Bu məsələ OPEC-in Vyanadakı toplantısında yaxın günlərdə müzakirə olunacaq.
Bu gün dekabrın 3-də “Brent” nefti 62.5 dollara qədər bahalaşıb. Bu, ötən həftə sonuna nisbətən 5 faizə qədər bahalaşma deməkdir. Analitiklərə görə OPEC+ razılaşması qüvvədə qalsa neft yenidən 70 dollara qədər (hətta daha çox) bahalaşacaq.
Mənbə:> Virtualaz.org