Neftin qiyməti yüksəlir
OPEC-in hasilatın azaldılması ilə bağlı verdiyi qərardan sonra dünya bazarlarında neft bahalaşmaqdadır.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçersinin 1 barreli 54,37 dollara satılır.
Bu göstərici cümə günü səhər qeydə alınmış rəqəmdən 0,43 dollar, yaxud 0,8% çoxdur.
Mənbə:> Virtualaz.org