Son 8 ildə ilk dəfə: ixtisar qərarı açıqlandı, neft kəskin sıçrayışla bahalaşdı, bəs manat? » AzNews.info -Xəbər portalı

Son 8 ildə ilk dəfə: ixtisar qərarı açıqlandı, neft kəskin sıçrayışla bahalaşdı, bəs manat?

Son 8 ildə ilk dəfə: ixtisar qərarı açıqlandı, neft kəskin sıçrayışla bahalaşdı, bəs manat?

Neft ixrac edən ölkələrin karteli OPEC bu gün Vyanada keçirilən toplantısında 2008-ci ildən bəri ilk dəfə hasilatın azaldılmasına dair qərar qəbul edib.

Xəbər verildiyi kimi kartel ölkələri gündəlik hasilatın 1.2 milyon barrel azaldılmasına razılaşıblar. Ən ciddi güzəştə Səudiyyə Ərəbistanı gedib. Bu ölkə gündəlik hasilatı az qala 500 min barrel azaltmağa razılıq verib. Habelə buna razılaşıb ki, İran hasilatı indiki 3.8 milyon barrel səviyyəsində saxlasın, azaltmasın.

OPEC toplantısı bitdikdən sonra Qətərin energetika naziri Məhəmməd Saleh əl-Sada bildirib ki, kartelə daxil olmayan ölkələrdən Rusiya da hasilatı azaltmağa razıdır-gündə 300 min barrel. Hərçənd ki, bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak söhbətin mövcud hasilatdan yox, gələn ilə planlaşdırılmış artımdan imtina edilməsindən gedir.

Son 8 ildə ilk dəfə: ixtisar qərarı açıqlandı, neft kəskin sıçrayışla bahalaşdı, bəs manat?


Xəbər verilir ki, OPEC ölkələri dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüşüb hasilatın azaldılmasını müzakirə edəcəklər. Bu müzakirələrdə Azərbaycanın da iştirakı gözlənilir. Əgər OPEC-ə üzv olmayan ölkələr də hasilatı azaltmaq məsələsini həll etsələr dünya bazarlarına indikindən 1.8 milyon barrel az neft çıxarılacaq ki, bu da bazarda tələbatdan artıq neftin olmayacağı deməkdir.

Son 8 ildə ilk dəfə: ixtisar qərarı açıqlandı, neft kəskin sıçrayışla bahalaşdı, bəs manat?


OPEC-in qərarı yanvar ayından qüvvəyə minəcək, ancaq neft indidən kəskin sıçrayışla artıb. Son məlumata görə “Brent” markalı neftin bir barreli 52 dollara yaxınlaşır, bu, bir gündə 10 faizə yaxın artım deməkdir. Artımın sonrakı günlərdə də davam edəcəyi və neftin qiymətinin 60 dollara çatacağı gözlənilir. Bu isə Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı ölkələr üçün əla xəbər hesab oluna bilər. Bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov manatın məzənnəsinin neftdən asılı olduğunu deyib. Bu baxımdan neftin kəskin bahalaşması manatın dollar qarşısında yenidən dəyər qazanması ilə müşaiyət oluna bilər. Hərçənd bir çox analitiklər proqnozlaşdırırlar ki, neftin qiyməti artan kimi ABŞ şist neft hasilatını artıracaq və qiymət yenidən düşəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *