Koçaryanın növbəti məhkəməsi olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Koçaryanın növbəti məhkəməsi olacaq

Koçaryanın növbəti məhkəməsi olacaq


Ermənistanın apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın yenidən istintaqa göndərilən işinə noyabrın 27-də baxacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.

“Noyabrın 27-də apelyasiya məhkəməsində hakim Ruben Mxitaryanın sədrliyi ilə Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qəti imkan tədbirinin ləğvi ilə bağlı şikayətə baxılacaq”, - Arakelyan “Facebook” səhifəsində yazıb.

İyulun 26-da xüsusi istintaq qrupu Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürüb. Bir gün sonra o, həbs edilib.

Apellyasiya məhkəməsi ilk instansiya məhkəməsinin qərarını Koçaryanın toxunulmazlığını əsas göstərərək ləğv edib.

Noyabrın 15-də Ermənistanın Kasasiya məhkəməsi baş prokurorun apelyasiya məhkəməsi tərəfindən Koçaryanın həbsinin ləğvi barəsində çıxardığı qərardan verdiyi şikayəti qismən təmin edib və işi təkrar istintaqa göndərib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *