Koçaryan həbsdə qaldı
Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsindən verdiyi şikayətin baxılmasını təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Ayk Alumyan bildirib.
“Apellyasiyaya sabah saat 14:00-da baxılacaq”, - Alumyan deyib/
Vəkil qeyd edib ki, hazırda ittiham tərəfi müdafiənin dəlillərinə öz etrazlarını təqdim etməlidir.
Bugünkü iclasda Koçaryanın özü də iştirak edib.
Mənbə:> Oxu.Az