Bəxtiyar Hacıyevin məhkəməsi sabaha qaldı
Yol polisi ilə mübahisə etməklə xırda xuliqanlıqda ittiham edilən gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi sabah davam etdiriləcək.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi hadisəni əks etdirən video görüntülərin məhkəməyə təqdim edilməsi barədə vəsatət verib. Bu vəsatər məhkəmə tərəfindən təmin edilib. Bunun üçün də məhkəmə prosesi sabaha kimi təxirə salınıb.
Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur. Gənc fəal məhkəmə prosesinə qədər sərbəst buraxılıb.
Mənbə:> Qafqazinfo.az