Azadlıq Əli Kərimlidən daha vacibdir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azadlıq Əli Kərimlidən daha vacibdir

Azadlıq Əli Kərimlidən daha vacibdir


Son iyirmi ildir ki, Azərbaycan müxalifəti milli demokratların timsalında, hansı ki, 15 il əvvəl Əli Kərimli onun lideri elan edilib, özünü tamamilə bir tarixi missiyaya-bizim üçün 1990-cı ilin qanlı yanvarında sovet tanklarını qəhrəmancasına, silahsız qarşılamış və şəhəri sinələri ilə müdafiə etmiş insanların qəbirlərinə qərənfillərdən ibarət çələnglər qoymağa həsr edib. Azərbaycan müxalifəti bu gün daha çox Rusiya humanitar təşkilatı "Memorial"ı xatırladır. Yaradıldığı gündən, artıq 30 ildir, müxalifətçilər Azərbaycanda Stalin repressiyalarının tarixini tədqiq edir və onların qurbanlarının qalıqlarlarını tapmağa çalışırlar.

Bu müxalifət hələ minimum on beş il əvvəl siyasi mübarizənini subyektindən müstəqil Azərbaycan üçün matəm günlərində fəallıq göstərən adi Qeyri Hökumət Təşkilatına çevrildi. Onun nümayəndələri 17 noyabrda və ya 20 yanvarda nizamsız dəstə ilə şeirlər deyərək, yaxud da siyasi lənətlər yağdıraraq qəbir üstünə yollanırlar. Bəli, bu, demək olar ki, mülayim Xruşşov havası illərində sovet dissidentlərinin Moskvada Puşkinin abidəsi ətrafına yığıldıqları kimi, ənənəyə çevrilib.

Azadlıq Əli Kərimlidən daha vacibdir


Bütün bu vaxt ərzində nə cəbhəçilərə, nə də Əli Kərimlinin özünə-başqa siyasi dərnəklərin, lap elə həmin REAL-ın ədalətli tənələrinə baxmayaraq ki, niyə İlqar Məmmədovu həbs edir, amma Əli Kərimliyə öz tərəfdarlarını sovet tankları ilə mübarizədə həlak olanların qəbirləri üzərinə yığmağa icazə verirlər, - toxunmurdular. Amma bu dəfə polis hakimiyyətinin əsəbləri dözmədi: Kərimli hakimiyyətdən icazə almadan çəhid qəbirlərinə təntənəli yürüş təşkil etməyə qərar verdi. Yeri gəlmişkən, dünyanın istənilən ölkəsində icazə verilməmiş aksiyaların qarşısı alınir, bəzən hətta olduqca şərt şəkildə və biz bunu proqressiv Avropanın mərkəzi şəhərlərində də müşahidə edirik. Bu qanundur: əgər hakimiyyət icazə vermirsə, onda işə polis dəyənəkləri müdaxilə edir.

Kərimli şüarlarla və təntənəli yürüşlə Şəhidlər Xiyabanına üz tutacağı barədə hakimiyyəti xəbərdar etməmişdi, hərçənd onlarla insanın şəhərdə belə gəzintisini çətin ki, təntənəli yürüş adlandırmaq olar. Müxalifətçilər qrupunu Səbail Rayon Polis İdarəsinin yalnız bir bölməsi saxladı və qovdu. Amma sonra hay-küy başlandı. Ölkə xatırladı ki, demə, hələ də müxalifət var imiş. Və Əli Kərimli –Bakının rəngli inqilabının unudulmuş və şimal küləyinin qovub apardığı formalaşmayan qəhrəmanı hələ sağ imiş. Bundan başqa, ölkə bildi ki, bu Əli Kərimli həbs edilib. Öz ölkəsində unudulmuş müxalifət liderinin həbsindən aparıcı Amerika qəzeti "Nyu-York Tayms" da xəbər yaydı.

Hakimiyyət necə hərəkət etdi? Əlbəttə, iki min yarım manat cərimələyib Əli Kərimlini azad etdilər. Müxalifət liderinə xəbərdarlıq da etdilər ki, bundan sonra təntənəli yürüşlərin keçirilməsinə qabaqcadan icazə almaq qayğısına qalmaq lazımdır.

Ə.Kərimli anladı, evə qayıtdı və əlbəttə, Avropa səfirliklərinə üz tutdu. Bu haqda müxalif “Meydan” telekanalının efirində o özü bəyan etdi.

Vacib haşiyə: müxalifətdə yalnız bir dəyər var– Meydan! Və müxalifətçilərin bütün simvolikası, hətta KİV daxil olmaqla, həmin Meydanı təcəssüm etdirir.

Amma qanlı Meydana sonra qayıdacağıq, indi isə söhbət səfirlərdən gedir.

Etiraz hərəkatının həqiqi lideri necə hərəkət edərdi? Tərəfdarlarını yığar, yeni vəziyyəti təhlil edər, payız tezisləri və müraciətlə çıxış edərdi… Amma Kərimli geri çəkildi və Qərb diplomatlarının yanına cumdu. Halbuki hakimiyyət Qeyri Hökumət Təşkilatının rəhbəri səviyyəsinə enmiş siyasi liderə qiymətsiz hədiyyə etdi – o nəhayət, "repressiya" və "mülki məhkum edilmişlər" sırasına qatıldı. Bu isə yeni qrant layihələrinin benefisiarlarına və siyasi uğurların monetizasiyasına birbaşa yoldur.

Qərb isteblişmentinin liberal hissəsi anlayır ki, indiki daxili siyasət bölgüsündə müxtəlif növ sosial cır-cındırdan yaşamağa qabil siyasi güc düzəlmək faydasız işdir. Ona görə də indi qərblilərə heç olmasa əhval-ruhiyyə ilə manipulyasiyanın tək alətini– ictimai sakitliyi qarışdıranlarının dərnəklərini saxlamaq vacibdir. Və Azərbaycanda bu rola iki rəqib iddia edir – “evdə hazırlanmış” İlqar Məmmədov və “köhnə” Əli Kərimli. Seçməyə başqası yoxdur. Mirmahmud Fəttayevə və ya Arif Hacılıya “stavka” efilməyəcək ki?!

Budur, Azərbaycanda daha bir siyasi payız beləcə-tamamilə izsiz və gülünc şəkildə qurtardı. Sonra – bahar sularına qədər növbəti qış yuxusu! Və müxalifət 30 illik günahsız qurbanların adı ilə parazitlik etməkdə davam edir!

Sual olunur: həmin Əli Kərimlinin, yeni formalaşmış siyasətçilər kimi, 1988-ci il Meydanına nə aidiyyətləri var? Düzünə qalsa, bu çevrilmiş ağ vərəqəni daha çox məğlubiyyətlərin utanc və ardıcıllığı səhifəsi adlandırmaq olar.

Azadlıq Əli Kərimlidən daha vacibdir


Əgər tarixin dərslərinə qısaca şəkildə qayıtmalı olsaq, onda görərik ki, 1988-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin aparatı və partnomenklaturanın millətçi hissəsi tərəfindən dəstəklənən xalq hərəkatı - Qarabağın müdafiəsi ideyası ilə həmin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən erməni saqqallılarının "Topxanada qəflətən peyda olması”ndan sonra,- doğulmuşdu.

Bəs Qarabağla nə oldu? Və indi bu meydanda öz şücaəti ilə öyünənlər niyə tarixin dərslərindən nəticə çıxarıb, tarixi məğlubiyyət üçün millət qarşısında cavab vermədilər və ya bunu istəmədilər?! Ola bilsin kimlərsə razılaşmasın ki, bəs müstəqillik uğrunda mübarizə, 20 Yanvar salnaməsi və küçə barrikadalarında qurban verilmiş günahsız vətəndaşlar necə olsun?! Azərbaycan birinci müttəfiq respublika tarixinə belə- iqtisadi müstəqillik haqqında qanunu qəbul etməklə daxil oldu. Respublika bütünlüklə demokratikləşməyə, liberallaşdırmaya gedirdi və 1991-ci ilin fevralına demokratik seçkilər təyin edilmişdi və onda, sözsüz, siyasi müstəqillik üçün mübarizə aparan Xalq Cəbhəsi qalib gələrdi. Bəs müxalifət özünü necə apardı?! Yerli raykomları devirməyə, SSRİ-nin dövlət sərhədini dağıtmağa, millətçi əhval-ruhiyyəni qızışdırmağa başladı, Xalq Cəbhəsinin qərargahı qarşısında Bakı ermənilərinin ünvanlarının siyahılarını asdı, sonra da Mərkəzi Komitəyə heç nə ilə əsaslandırılmamış hücum təşkil etdi… Və bu başgicəlləndirən siyasi müvəffəqiyyətdən ağlını itirmiş, özünü millətin lider qatı elan etmiş mariginallar qrupu sovet qoşunlarının Azərbaycana daxil olması və nəticədə günahsız insanların həlak olması üçün hər şeyi etdilər. Silahsız insanları tankların qarşısına çıxarıb, özləri kənarda gizləndilər. Qarabağ və müstəqillik üçün, necə deyərlər, carçılardan heç biri, həmçinin Əli Kərimli zərər çəkmədi. Və siz hələ bu mübarizə ilə fəxr edirsiniz? Bəlkə SSRİ-ni Azərbaycan Xalq Cəbhəsi dağıdıb?! Bəlkə Qorbaçov və Yakovlevin dünya tarixindəki rolunu təkrar gözdən keçirməyə dəyər? Və bəlkə bu adları əyalətdən çıxmış bambılılarla-Elçibəy və Kərimli ilə əvəz edək?!

Şübhədən kənar, milli sevinc və qürur üçün heç bir səbəb yoxdur. Həyəcan və gülünc ritorikası cəhənnəm olsun. Qarabağ itirilib və özünəyetərli müstəqilliyinə görə ölkə Üçüncü Respublikanın banisi Heydər Əliyevə borcludur. Bu dövləti məhz o yaratdı.

Azadlıq Əli Kərimlidən daha vacibdir


Soruşa bilərsiniz ki, bəs qurbanların xatirəsi necə olsun, axı insanlar barrikadalara gedir və tankların tırtılları altında həlak olurdular?! Bəli, siyasi avantüranın qurbanı seçilmiş. yüzlərlə, minlərlə günahsız insan həlak oldu. Və bütün bu qanlar həm də Əli Kərimlinin vicdanındadır.

Hər il noyabrın 17-də tarixin məhkəməsi tərəfindən unudulmuş və ləkələnmiş bu antiqəhrəman öz tarixi mənbələrinə-günahsız insanların qanının töküldüyü Şəhidlərin Xiyabanına yol ölçür. Nəyə görə? Vicdan əzabı çəkir? Təəssüf hissi keçirir? Qətiyyən, əks halda o siyasəti, cəlladın köhnəlmiş qanlı əlcəkləri kimi, atardı. Ehtimal ki, bu daha çox nostalgiya hissi, hakimiyyət hərisliyi və qana susamaqdır... Əzab verilmiş və qurban getmiş saysız-hesabsız insanların qanı üzərində hakimiyyətə gəlmək...

Kərimli bir ovuc gənci, hansı ki, 20 Yanvar onlar üçün yalnız məktəb tarixinin dərsliyidir, nəyə çağırır?! Yeni mübarizəyə. Yeni qana. Yeni qurbanlara. Bu gün azadlığa çıxan Kərimli heç geri də dönmədi. Halbuki elə həmin anda cavan insanların bir qrupunu məhkəmə zalından qandallarda cəza çəkməyə aparırdılar.

Unudulmuş lider yeni mübarizəyə köklənib. Barmaqlıqlar arxasında qalmış insanların sındırılmış taleləri onu maraqlandırmır. O anlayır – inqilab yeni qurbanlar və çoxlu qan tələb edir. Onun traqikomik lideri Elçibəyin məşhur aforizmidir: "İnqilab – bu ağacdır, hansı ki, qanla suvarılır!" Xatırlayırsınızmı?! Gənclər bəlkə də xatırlamırlar. Amma mən bunu çox yaxşı xatırlayıram… Budur, indi onlar yeni gənc ağac əkmək istəyirlər, hansı ki, yeni qanla suvarılacaq.

Kifayətdir! 30 il ərzində bizim tariximizdə belə şeylər onsuz da çox olub… Həqiqətən də, azadlıq Əli Kərimlidən daha yüksək və daha vacibdir.

Eynulla Fətullayev

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *