Əli Kərimli hakimiyyəti devirməyə çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Əli Kərimli hakimiyyəti devirməyə çağırdı

Əli Kərimli hakimiyyəti devirməyə çağırdı


AXCP sədri Əli Kərimli “Amerikanın Səsi”nə müsahibəsində seçkiqabağı durum, AXCP-nin seçki prosesinə münasibəti, mövcud ictimai-siyasi vəziyyətdən çıxış yolları haqda danışıb.

AXCP sədri həmin müsahibəsində faktiki olaraq mövcud Azərbaycan hakimiyyətini devirməyə çağırıb.

“Artıq təkcə biz yox, beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan hakimiyyəti ölkədə seçkilər yolu ilə, dinc demokratik yolla hökumətin, hakimiyyətin dəyişməsini qeyri-mümkün edib” deyən AXCP sədri bildirib ki, bütün bunlar Azərbaycan üçün ciddi fəsadlar yarada bilər.

“Seçkilərin gedişində müxalifətin birgə mübarizəsi mümkündürmü” sualına cavabında AXCP sədri bildirib ki, Milli Şura hökumətlə sərt, birmənalı mübarizə aparmaq xətti ilə formalaşıb: “İndi Milli Şurada qalan qüvvələr yenə də həmin prinsipial mübarizəni davam etdirir. Amma müxalifət adına iddia edən çoxsaylı başqa qüvvələrin adından mən heç nə demək istəmirəm. Bizim də yanaşmamız ondan ibarətdir ki, (biz bu günlərdə mövqeyimizi dəqiqləşdirəcəyik) əgər bəri başdan hər şey onu göstərirsə ki, bu seçkilərin nəticələri artıq müəyyənləşib, hətta seçki komissiyaları səviyyəsində də yox, Prezident Aparatı səviyyəsində nəticələr müəyyənləşib, nəticəsi əvvəlcədən məlum olan bir tamaşada bizim rol almaq fikrimiz yoxdur”.

Sonra Ə.Kərimli bildirib ki, onlar indiyədək çox seçkilərdə çoxlu mexanizmlərdən istifadə ediblər, ancaq onlar heç nəyi dəyişməyib: “Biz Milli Şura, AXCP olaraq onun üçün çalışırıq ki, yüz minlərlə Azərbaycan vətəndaşı nəhayət,onun fərqində olsunlar ki, hamılıqla dinc, demokratik mübarizəyə başlamasaq həmin bu seçki tamaşası ritualları heç bir nəticə verməyəcək”.

“Bəs vəziyyətdən çıxışı nədə görürsünüz” sualına cavabında Ə.Kərimli deyib: “Əlbəttə, daha rahat çıxış Azərbaycan hökumətinin bütün bu çətinlikləri, ölkənin sosial partlayışa doğru, ciddi siyasi kataklizmlərə getdiyini nəzərə alaraq özünün müəyyən islahatlara getməsi, beynəlxalq təşkilatların, Azərbaycan cəmiyyətinin tələblərini, müxalifətin təkliflərini qəbul etməsi olardı. Bu, daha dinc, demokratik inkişaf üçün meydan yaradardı. Amma Azərbaycan hökuməti buna getməyəcəksə, deməli, bir az tez, bir az gec Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq, hamılıqla dinc, demokratik mübarizəyə qoşulacaq. Ola bilsin ki, bu gün hələ də xalqın ümidi var ki, başqa vasitələrlə dəyişikliklər ola bilər. Amma, tamamilə ümidlər tıxanandan sonra günün birində Azərbaycan xalqı məsuliyyəti öz üzərinə götürəcək”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *