“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”

Xəbər verildiyi kimi ötən gün Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşən 103 məcburi köçkün ailəsinin yaşadığı 3 mərtəbəli yataqxanada güclü yanğın baş verib, 14 mənzil tamamilə kül olub.

Ardınca gecə saatlarında təkrar qısaqapanma olub, yanğının baş verməməsi üçün tədbirlər görülsə də, bina yaşayış üçün yararsız hala düşüb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən mənzilləri yanan köçkünlər üçün parkın ərazisində çadırlar quraşdırılıb, köçkünlər gecəni çadırlarda keçiriblər.

Virtualaz.org xəbər verir ki, köçkün ailələrin köçürülməsi üçün qərargah yaradılıb, hazırda komitənin, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də polis əməkdaşları hadisə yerindədirlər, onlar binanın boşaldılmasına nəzarət edirlər. Köçkünlərə müvəqqəti olaraq kirayə ev tapmaları tövsiyə olunub, hər ailəyə 300 manat ödənilir.

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”


“Oğlumun dərmanları da yandı...”

Yanğın üçüncü mərtəbədən başlayıb, buna görə də dam örtüyü uçub, beton dirəklər pilləkənlərə dağılıb, birinci və ikinci mərtəbə isə su içindədir. Gördüyümüz mənzərə acınacaqlıdır- bir neçə qadın pilləkənlərdə halı pisləşən qonşusuna yardım etməyə çalışır, mənzili külə dönmüş daha bir nəfərin üstünə təcili yardım çağırılıb.

Füzulidən olan məcburi köçkün Elmira Məmmədova isə göz yaşları içində küllərin arasında qan xərçəngi olan oğlunun dərmanlarını axtarır. “Gəlinin qızıllarını satıb, dərmanları almışdıq. Heç olmasa sənədləri tapardım”,-sarsıntı keçirən qadının qolundan tutub aşağı aparmağa çalışırlar.

Qohumlarının köməyi ilə evində hadisədən sonra salamat qalmış bəzi əşyalarını çıxarmağa çalışan Badam Hacıyeva isə ətrafdakılara baş verənləri danışır. Deyir ki, əvvəlcə tüstü yayılıb, oğlu, gəlini, 5 nəvəsi ilə birgə çölə qaçmağa macal tapıb.

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”


Köçkünlər onu da deyirlər ki, bina köhnə olduğundan tez-tez qısaqapanmalar baş verirmiş, sonuncu dəfə 3 gün əvvəl naqillərin biri sıradan çıxıb, işıqlar sönüb. Qonşulardan biri gec-tez yanğın, yaxud partlayışın ola biləcəyindən narahatlığını bildirib, amma heç kim tədbir görməyə tələsməyib.

Vəd ediblər ki…

“Televizor, kondisioner, gəlinimin cehizləri yanıb. Elə ailə var ki, uşağına bir paltar da çıxara bilmədi”, qadınlardan biri deyir və binanın həyətində üst-üstə yığılmış məişət əşyalarını göstərir. Bəzisi isə kirayə mənzil tapmağın çətin olduğunu, müvəqqəti çadırda qalacağını deyir.

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”


Çadırlarda 4 nəfərlik çarpayı, qızdırıcı yerləşdirilib. Köçkünlər deyirlər ki, dünən onlara yeni mənzil vəd olunub.

“Neçə ildir mənzil üçün qeydiyyata alıblar, amma köçürülmə yubadılır. Dünən dedilər yeni binaya ev verəcəklər, bu gün isə bu binanın təmir olunacağını söyləyirlər. Qış qapını kəsdirib, indi şəhərdə kirayə mənzil tapmaq çətindir” –Ağdamdan köçkün düşmüş Nəsibə deyir.

45 nömrəli “qaçqın” məktəbi də gözləyir

Binanın birinci mərtəbəsində Füzuli rayonunun 45 saylı tam orta məktəbi yerləşib, dünən dərs təxirə salınsa da, bu gün birinci növbənin dərsləri keçirilib. Sinif otaqlarına baxmaq istəyimiz qaranlıq olduğundan baş tutmur.

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”


Məktəbin direktoru İlahə Novruzova deyir ki, Təhsil Nazirliyinin qərarını gözləyirlər, bina boşaldılacağı halda onlara məlumat veriləcək “Yanğın səhər saatlarında baş verdiyindən məktəbdə heç kim olmayıb. Cəmi 5-6 nəfər pedaqoji heyət üzvü olub, onlar da həyətdə dərsə gələn uşaqlara nəzarət ediblər. 150 uşaq təhsil alır, onları Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə məktəbə buraxmadıq”, -direktor deyib. Qeyd edək ki, Füzuli rayonu, təhsil şöbəsinin müdiri də bu gün məktəbə baş çəkmişdi.

“Ailələri müvəqqəti köçürürük”


Bunu isə özünü təqdim etməyən “Qaçqınkom” əməkdaşı söyləyir. Onun sözlərinə görə, elektrik sistemi sıradan çıxdığından ailələr müvəqqəti kirayə evlərə köçürülür. Gələn ilin ilk ayından isə onlar yeni mənzillə təmin ediləcəklər.

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”


“Yanğın nəticəsində zərər çəkmiş 14 ailəyə yeni mənzillə təmin edilənədək kirayə pulu ödəniləcək. Köçürülən digər ailələrə 1 aylıq kirayə pulu verilir, yeni mənzilə köçənə kimi bu yataqxanada qalacaqlar”, -komitə əməkdaşı deyib.

Yanğından zərər çəkənlərə kompensasiya ödənilməsi məsələsinə isə yaxın günlərdə baxılacaq. Köçkünlər ümid edir ki, onlara heç olmasa ən zəruri əşyalar, isti geyim almaq üçün yardım edəcəklər...
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *