Mingecevirde köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mingecevirde köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi

Mingecevirde köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi


Mingəçevirdə yeni salınan qəsəbəyə məcburi köçkünlərin yerləşdirilməsinə başlanıb.

11 ədəd 9 mərətbəli, 594 mənzilli yeni yaşayış massivinə əsasən şəhərdəki təhsil müəssisələrinin binalarında məskunlaşmış və mənzil şəraiti ağır olan ailələr köçürülür.

Köçürmə prossesi qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitsəinin və müvafiq icra hakimiyyətlərinin nümayəndələrindən ibarət kommisiyanın tərtib etdiyi siyahı əsasında həyata keçirilir.

Əslən Laçın rayonundan olan Cavad Əhmədov deyir ki, 3 nəfər ailə üzvü ilə birlikdə 23 ildir şəhərdəki yataqxanalardan birinin nimdaş otağında məskunlaşmağa məcbur qalıb. 2 gün əvvəl isə ailəyə 2 otaqlı mənzilin açarları təqdim edilib.

"Fərz elə bir evdə 8 nəfər ailə bir otaqdğa yerləşər? Yerləşməz! Bax elə bir şərait idi, indi şükür Allaha. Təzə gəlmişik suyu var, qazı buraxmayıblar deyirlər hamı köçəndən sonra 1 günə iki günə. Yaxşı olar normaldı." -deyə Cavad Əhmədov bildirib.

Ağdam rayonundan məcburi köçkün olan Rahilə Məhərrəmovanın da mənzil arzusu ötən gün reallaşıb. Köç təlaşında olan Rahilə xala qəsəbədəki şəraitdən razıdır.

Mingəçevir şəhərində köçürmə prossesi 2 gün əvvəl başlayıb. Artıq 200 dən çox ailə evlə təmin edilib. Qəsəbənin daxili yollarına asfalt örtüyü salınıb. Bundan əlavə ərazidə 480 şagirdlik məktəb, 140 yerlik uşaq baxçası, tibb məntəqəsi və ATS binası da var.

Yeni yaşayış massivi bütün kommunikasiya xəttləri ilə də təmin edilib. Mənzillərə təbii qazın verilişi isə köçürmə tam başa çatdıqdan sonra mümkün olacaq.

Mənbə: 7news.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *