Ermənistan parlamentinin vitse-spikerindən Paşinyanla bağlı ŞOK SÖZLƏR: İlham Əliyev...
Nikol Paşinyan Ermənistanın mövqelərini zəiflədir.
AzNews.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə bəyanatı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov yayıb.
“8 noyabr keçdi və Ermənistan KTMT-də baş katib deyil. Bir şey aydındır ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistan qətiyyətlə öz təhlükəsizlik mövqelərini əldən verir. Artıq açıq bəyan edilir ki, bu vəzifə Belarusa keçəcək. Bu, Paşinyan hökumətinin növbəti uğursuzluğudur. Cənab baş nazir, korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin. İlham Əliyev yenidən ərazilərin qaytarılmasından, Ermənistan tərəfdən güzəştlərdən, Qarabağın Azərbaycan aid olmasından danışdı. Mən sizin reaksiyanızı gözlədim, amma susqunluqla qarşılaşdım”, - deyə o bildirib.
Mənbə:> Axar.az