Gömrük işçisi: “50 manat bas rəisin cibinə, ya da intihar elə” – VİDEO
Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.
Virtualaz.org xəbər verir ki, videioyazıda kişinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına əməkdaşlar həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.
Vətəndaşların bilridiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.
Mənbə:> Virtualaz.org