Qardabanidə gömrük işçisi rüşvətə görə saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Qardabanidə gömrük işçisi rüşvətə görə saxlanıldı

Qardabanidə gömrük işçisi rüşvətə görə saxlanıldı


Gürcüstan DİN-nin Antikorrupsiya agentliyinin əməkdaşları Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Qardabanidəki keçid məntəqəsinin Şota B. adlı zabit-gömrük işçisini saxlayıblar.

Oxu.Az “Qruziya-onlayn”a istinadla xəbər verir ki, saxlanılan şəxs böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

İstintaqın versiyasına əsasən, saxlanılan şəxs M.M. adlı vətəndaşdan 10 min dollar tələb edib və alıb. Bu məbləği o, xidməti vəzifəsindən istifadə edərək kommersiya xarakterli məlumatı əldə etmək və ötürmək üçün tələb edib.

Hazırda Gürcüstanın cinayət məcələsinin müvafiq maddəsi üzrə istintaq aparılır. Bu maddə 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *