Gürcüstanda azərbaycanlı məmur rüşvətə görə saxlanıldı
Mayın 19-da Gürcüstan Korrupsiya ilə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Alget kənd icra hakimiyyəti nümayəndəsi Balabəy Qızbəsov saxlanılıb.
APA-nın məlumatına görə, kənd icra nümayəndəsi 2 min lari rüşvət almaqda günahlandırılır.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Mənbə:> APA