Qarabağda Amerika hərbi bazası » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Qarabağda Amerika hərbi bazası

Qarabağda Amerika hərbi bazası

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz formulunu təqdim edib. Bu formulun mahiyyəti belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana təzyiq göstərmək üçün Amerika hərbi bazasının yerləşdirilməsi təmin edilsin.

Virtualaz.org xəbər verir ki, belə sensasion, eyni zamanda ağlabatan olmayan bəyanatla “Rossiya 1” telekanalının “Axşam Vladimir Solovyovla” proqramında çıxışı zamanı Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev çıxış edib.

Qarabağda Amerika hərbi bazası


Rusiyalı ekspert deyib ki, Ermənistandakı “məxməri inqilab” Vaşinqtonun rəhbərliyi ilə təşkil olunub və həyata keçirilib. “Ermənistanda indi deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb, lakin bu qətiyyən belə deyil, hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var”-Mixiyev bildirib.

Rusiyalı ekspertin fikrincə ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb.

Qarabağda Amerika hərbi bazası


“Onların öz planı var ki, Qarabağ məsələsini necə həll etmək lazımdır-işğal edilmi rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq”-Mixiyev öz fərziyyəsini dilə gətirib.

“Yerevan buna gedəcəkmi, məlum deyil, amma Boltonun Ermənistana səfəri zamanı belə planın təqdim edildiyi doğrudur”-Sergey Mixiyev əminliklə bildirib.

Qeyd edək ki, Qarabağa dair bütün dövrlərdə təqdim olunmuş və danışıqlar masasında olan həll variantlarında sülhməramlıların yerləşdiirlməsi məsələsini əksini tapıb. Lakin dəfələrlə açıqlandığı kimi sülhməramlı qüvvələrin ATƏT-in Minsk Qrupunun həmsdər ölkələri tərəfindən formalaşdırılmayacağına dair “centlmen razılaşması” mövcuddur. Hərçənd dəfələrlə ekspert çevrələrində və KİV-lərdə münaqişə zonasında KTMT sülhməramlılarının, yaxud Rusiya qüvvələrinin yerləşdirilməsinin nəzərdə tutulduğu haqda iddialar da səslənib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *