Natali Qule Saakyanın ABŞ-a səfəri və Qarabağ münaqişəsinin həll yolu haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Natali Qule Saakyanın ABŞ-a səfəri və Qarabağ münaqişəsinin həll yolu haqda

Natali Qule Saakyanın ABŞ-a səfəri və Qarabağ münaqişəsinin həll yolu haqda


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan mənfi siqnaldır.

Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.

O qeyd edib: "Yenə də biz həmişəki problemlə qarşılaşırıq. Bu, hətta Ermənistanın tanımadığı saxta dövlətdir. Beynəlxalq ictimaiyyət reaksiya verməli və belə münasibəti qadağan etməlidir. Biz Saakyanın Fransaya səfərinə mane olmağa çalışdıq, lakin cəhdlərimiz uğursuz oldu".

Xanım N.Qule əlavə edib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dan göndərilən çox mənfi siqnaldır.

Onun sözlərinə görə, əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır.

Qeyd edək ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanladığı etiraz notası təqdim edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *