ABŞ ordusu Qarabağa girir və İrana... - Vaşinqtonun SENSASİYALI PLANI ÜZƏ ÇIXDI » AzNews.info -Xəbər portalı

ABŞ ordusu Qarabağa girir və İrana... - Vaşinqtonun SENSASİYALI PLANI ÜZƏ ÇIXDI

ABŞ ordusu Qarabağa girir və İrana... - Vaşinqtonun SENSASİYALI PLANI ÜZƏ ÇIXDI


“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz düsturunu təklif edib. Bu düstur belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana hücum üçün ABŞ hərbi bazası yerləşdirilsin”.

Publika.az xəbər verir ki, bu iddia ilə Rusiya Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın İran strategiyasında bir məsələ var.

“Bu Ermənistandır. Bu məsələ hələlik bizdə müzakirə olunmur, lakin olduqca təhlükəlidir. Amerikalılar İranla döyüşməkdən qorxurlar, bu şübhəsizdir, lakin prinsip etibarilə ona qarşı təzyiqlər hazırlayırlar. Ermənistanda hakimiyyət dəyişikliyi oldu və heç kim deyə bilməz ki, onlar amerikalılarla bağlı deyillər. Əslində Ermənistandakı hakimiyyət ABŞ-ın əlaltısıdır. ABŞ indi erməni hakimiyyətinə Qarabağ məsələsini həll etmək sözü verir. Onların təklifi belədir: rayonları verin, biz ora ABŞ qoşunlarının kontingentini daxil edəcəyik və İrana şimaldan təzyiq üçün baza yaradacağıq. Vaşinqtonun Cənubi Qafqazda reallaşdırmaq istədiyi variantlardan biri budur”, - deyə Mixiyev iddialarını davam etdirib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *