ABŞ-ın şok Ermənistan PLANI: İrana hücum, Türkiyə və Azərbaycana... – Jirinoviski
“ABŞ Suriyada kürdləri aldatdığı kimi, Ermənistanı da aldada bilər. Ermənistana çoxlu vədlər verə bilərlər: Araratı (ermənilərin iddia etdiyi Türkiyənin Ağrı dağı bölgəsi –red.) qaytarmaq, Azərbaycan və Türkiyədən müdafiə etmək, Dağlıq Qarabağ məsələsində dəstək vermək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən aksiyaları şərh edərkən bildirib.
Rusiyalı siyasətçi bu fikirdədir ki, bütün bu vədlərin qarşısında ABŞ İrəvandan İrana qarşı gələcək hücumda hərbi bazanın Ermənistanda yerləşdirməyi xahiş edəcək. Jirinovskinin sözlərinə görə, əgər bu ssenari baş tutarsa və müharibə olarsa, o zaman İrandan milyonlarla qaçqın Ermənistan, Rusiya və Mərkəzi Asiyaya doğru axışacaq.
“Terrorizm yenidən Şimali və Cənubi Qafqaza gələcək, bütün Asiya regionu üzrə genişlənəcək. Bu ssenari Rusiyanın ətrafında cəbhə yaradılmasının yeni mərhələsidir, lakin bunun nəticələrindən bizi əhatə edən bütün ölkələr də əziyyət çəkəcək”, - deyə o bildirib.
Mənbə:> Publika.az