Mikayıl Müşfiqin güman edilən qalıqlarının öyrənilməsinə başlanılır » AzNews.info -Xəbər portalı

Mikayıl Müşfiqin güman edilən qalıqlarının öyrənilməsinə başlanılır

Mikayıl Müşfiqin güman edilən qalıqlarının öyrənilməsinə başlanılır

Virtualaz.org-un məlumatına görə, bu gün Azərbaycan Prezidenti Administrasiyasında böyük şair Mikayıl Muşfiqin güman edilən qalıqlarlarının aşkar edilməsi məsələsi ilə bağlı İşçi qrupun yaradılması məqsədilə iclas keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iclasın yekunları ilə bağlı Trend-ə bildirib ki, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün yaxın günlərdə İşçi qrupu yaradılacaq.

Onun sözlərinə görə, M.Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün böyük əhəmiyyət kəsb edir.

Mikayıl Müşfiqin güman edilən qalıqlarının öyrənilməsinə başlanılır


A.Əlizadə əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən M.Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirilməsi çox müsbət haldır: "Qalıqların Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin nəticəsi və elmi araşdırmalar deyə bilər. Güman edirəm ki, yaradılacaq İşçi qrupunun bu məsələ üzrə fəaliyyətinin nəticəsini görəcəyik".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələni şəxsi nəzarətinə götürüb və Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət İşçi qrupunun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *