Eynulla Fətullayev: “Prezident İlham Əliyevə, həmçinin Əli Həsənova, Nərgiz Paşayevaya və bütün vətəndaş cəmiyyətinə təşəkkür edirik” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Video

Eynulla Fətullayev: “Prezident İlham Əliyevə, həmçinin Əli Həsənova, Nərgiz Paşayevaya və bütün vətəndaş cəmiyyətinə təşəkkür edirik” – VİDEO

Eynulla Fətullayev: “Prezident İlham Əliyevə, həmçinin Əli Həsənova, Nərgiz Paşayevaya və bütün vətəndaş cəmiyyətinə təşəkkür edirik”

Bu gün dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA, Səhiyyə və Mədəniyyət nazirlikləri və digər qurumların təmsilçilərindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib ki, həmin qrup Mikayıl Müşfiqin güman edilən qalıqları ilə bağlı məsələni araşdırmalıdır.

Xatırladaq ki, oktyabrın əvvəllərində Stalinin hakimiyyəti illərində repressiyaya uğramış şəxslərin çoxunun nəşlərinin uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində aparılan axtarış işlərinin gedişində dahi Azərbaycan şairi Mikayıl Müşfiqin güman edilən qalıqları aşkar edilib. Bununla əlaqədar haqqin.az və virtualaz.org böyük şairin güman edilən qalıqlarının identifikasiyası və yenidən dəfn edilməsi üçün ictimai təşəbbüsün yaradılması ideyasını irəli sürüb.

Eynulla Fətullayev: “Prezident İlham Əliyevə, həmçinin Əli Həsənova, Nərgiz Paşayevaya və bütün vətəndaş cəmiyyətinə təşəkkür edirik”


Bütün bunlarla bağlı bu gün haqqin.az və virtualaz.org-un rəhbəri Eynulla Fətullayev RealTV-nin ictimai-siyasi proqramının qonağı olub.

Çıxışında Eynulla Fətullayev dövlət başçısı İlham Əliyevə NKVD-nin gizli qəbiristanlığında aşkar edilmiş və dahi Azərbaycan şairinə aid olması güman edilən qalıqların yenidən dəfn olunması məqsədilə irəli sürülmüş ictimai təşəbbüsü dəstəklədiyinə görə minnətdarlığını bildirib. Eynulla Fətullayev bu hadisəni Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyətinin birliyi kimi qiymətləndirib.

“Bu yalnız İlham Əliyevin ədalət hissi sayəsində mümkün oldu”, - E.Fətullayev qeyd edib.

Onun sözlərinə görə, son iki həftə ərzində məşhur yazıçı Çingiz Abdullayevin rəhbərliyi altında ictimai qrup Mikayıl Müşfiqin güman edilən qalıqlarının aşkarlanması ilə bağlı məlumatın dövlət başçısının diqqətinə çatdırılmasına çalışıb.

“Bu işdə bizə dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz Paşayeva ölçüyəgəlməz kömək ediblər”, - Eynulla Fətullayev bildirib.

Bununla yanaşı, haqqin.az və virtualaz.org-un rəhbəri qeyd edib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu mövqeyi anlamır – o, naməlum səbəblər üzündən ictimai qrupun işini əngəlləməyə çalışıb.

Eynulla Fətullayev vurğulayıb ki, Mikayıl Müşfiq bütün Azərbaycan xalqının sərvəti və dəyəridir, buna görə də, siyasi mövqeyindən asılı olmayaraq bütün cəmiyyət tarixi ədalətə nail olunması üçün yekdillik nümayiş etdirib.

“Biz buna yalnız dövlət başçısının dəstəyi və həmin məsələni prezidentin diqqətinə çatdırmış insanların sayəsində nail ola bildik”, - Eynulla Fəıtullayev deyib.

Eynulla Fətullayevin çıxışının tam videoyazısını diqqətinizə çatdırırıq.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *