“Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ məsələsinin həllidir...” CON BOLTON YEREVANDA AÇIQLADI
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri özləri nizamlamaya gəlib çıxmalıdır. Virtualaz.org xəbər verir ki, bunu Yerevanda keçirdiyi mətbuat konfransında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“Problemin həlli çox mürəkkəbdir. Əgər asan olsaydı münaqişə çoxdan nizamlanardı. Mən bura ona görə gəlməmişəm ki, Amerikanın siyasətində hansısa dəyişikliyi elan edib və ya yeni həll yolu təlif edim. Tərəflər bir-birləri ilə işləməlidir. Və tərəflər özləri həll yolunu tapmalıdır”-Bolton bildirib
Amerika administrasiyasının təmsilçisi deyib ki, onun keçmiş rəislərindən biri-keçmiş dövlət katibi Ceyms Beyker uzunmüddətli beynəlxalq münaqişələrdən biri haqda danışarkən demişdi: “Heç kim sülhü tərəflərdən çox arzulamır”.
Bolton bu sitatı xatırladıb və deyib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir.
ABŞ prezidentinin müşavirinin bildirdiyinə görə, əgər Nikol Paşinyan parlament seçkilərində qalib gəlsə bu Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlara getmək baxımından yaxşı imkan yaradacaq. “Və biz də bu istiqamətdə işləməliyik ki, Azərbaycan tərəfdən də müvafiq reaksiya olsun”-o bildirib.
Mənbə:> Virtualaz.org