Fərhad Əhmədov kələkbaz italyanları küncə sıxışdırır – FOTO
İtaliyanın “Paghera Green Service Societa Agricola S.R.L” (qısaca “Paghera”) şirkətinin azərbaycanlı məşhur biznesmen Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsindəki iqamətgahında yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alaraq işləri yarıtmaz yerinə yetirməsi ətrafında başlamış qalmaqal səngimir. Virtualaz.org qeyd edir ki, şirkətin icraçı direktoru Massimo Alberti və F.Əhmədovla çəkişmədə onun maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov bu günlərdə yerli xəbər portallarından birində qarşı tərəfin ünvanına bir sıra ittihamlar səsləndiriblər.
Və Rusiyanın “versiya.ru” portalı bu haqda yazır və bildirir ki, onlara ayrılan büdcənin 90 faizini xərcləyib işin ancaq yarısını görən, üstəlik işləri gecikdirən və müqavilədə göstərilmiş materialları daha ucuzu ilə əvəz edən italyanlar KİV-lərdə qalmaqal qaldırmaqla vəziyyətdən çıxmaq istəyirlər. (https://versia.ru/chtoby-ne-platit-neustojku-za-narushenie-kontrakta-firma-paghera-reshila-razzhigat-shumixu-v-smi)
“Biznesmenin italyanlarla müqavilə bağlamış firmasının əməkdaşları podratçıların çoxsaylı pozuntularını aşkar edəndən sonra onlarla tərəfdaşlığı dayandırmalı olub. Yerinə yetirilmiş işlər barədə yekun Akt hazırlanıb və hər iki tərəfdən imzalanıb. Aktın şərtlərinə görə italyanlar Fərhad Əhmədova dəyən 1.5 milyon avro ziyanı geri ödəməyi üzərlərin götürürlər. Lakin “Paghera”nın rəhbərliyi pulları qaytarmaq fikrindən tezliklə daşınıb və Əhmədovun qanuni nümayəndələri Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etməli olub”-Rusiya internet-nəşri xatırladır.
Sayt qeyd edir ki, italyanlar da buna cavab olaraq əsasən “kriminal avtoritetləri və iri korrupsionerləri müdafiə etməsi ilə tanınan” vəkil Kamandar Nəsibovla müqavilə bağlayıblar. İtalyanların işləri necə gördüyünü və bunun sənədlərlə təsbit olunduğunu, üstəlik sənədin onların özləri tərəfindən imzalandığını görəndə Nəsibov və müdafiə etdiyi şəxslər KİV-lərdə “klounada və psixoloji müharibə fəndlərindən istifadə etməklə” informasiya kampaniyası başlatmağı qərara alıblar. Və bu günlərdə Azərbaycan KİV-lərində bu qalmaqalla bağlı aşağıdakı başlıqla növbəti məqalə dərc olunub: “Fərhad Əhmədovun işi ilə Baş prokuror və səfir məşğul olacaq”.
Məqalənin girişində deyilir ki, dünyada məşhur italyan şirkəti “Paghera” ilə azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov arasında qalmaqal böyüyür, “mübahisənin yeni detalları üzə çıxır”.
“Pis səslənmir elə deyilmi?”-sayt qeyd edir.
Rusiyalı müəllif yazır ki, əvvəla heç bir “dünyada məşhur italyan şirkətindən” söhbət getmir. “Paghera” şirkətini heç İtaliyanın özündə də yaxşı tanımırlar. Dünyada məşhur şirkət öz imicinin qeydinə qalır və hansısa 1.5 milyon avroya görə KİV-lərdə səs-küy qaldırmazdı. Əksinə, onun günahı üzündən dəymiş ziyanı ödəmək üçün pulları dərhal qaytarardı. “Çünki imic daha bahadır”-müəllif vurğulayır.
Amma “Paghera” şirkətinin rəhbərləri və onların vəkili tamam fərqli taktika seçiblər. Onlar işi elə təqdim etməyə çalışırlar ki, Fərhad Əhmədov guya “Paghera”nın rəhbərlərinin şəxsində bütün italyan millətini təhqir edir və ümumiyyətlə bu qalmaqalı dünya miqyasında şirşirtməyə çalışırlar.
Məqalədə “planetar ambisiyalı xırda işbazların” və onların maraqlarını müdafiə edən vəkilin bir neçə sitatları üzərində dayanılır.
Sözügedən məqalədə Kamandar Nəsibov jurnalistlərə deyir: “Əhmədovun komandası “Paghera” şirkəti ilə bu müharibədə bütün İtaliyaya və italyanlara çirkab atır. Onlar iddia edirlər ki, bütün italyanlar dələduz və oğrudurlar, heç demə aldatmaq onların qanındadır. Əhmədovun tərəfinin son hərəkətlərindən sonra mənim maraqlarını müdafiə etdiyim şəxs İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət edib”.
Lakin versiya.ru vurğulayır ki, Fərhad Əhmədovun italyanlaırn ünvanına bu cür sitatı Nəsibovun əlinin altında yoxdur və ola bilməzdi. O, fərdə ünvanlanmış ifadəni ümumiləşdirməyi nəzərdə tutan və “generalization” adlandırılan manipulyativ fənddən istifadə edir. “Paghera”nın sahibləri italyanlardır və və Əhmədovun onlara əsaslandırılmış iradları var. “Lakin bütün italyanlara deyil. Adriano Çelentanoya, Ornello Mutiyə və Appenin yarımadasının milyonlarla digər sakininə Əhmədovun iradı yoxdur və ola bilməz. Bu iddia vəkilə qalmaqala beynəlxalq çalar qazandırmaq və İtaliya səfirinə müraciət etməyə bəhanə yaratmaq üçün lazım gəlib”-sayt yazır.
Situasiyanın incəliyi həm də bundadır ki, Əhmədovun şirkəti bu layihə üzrə bir çox italyan şirkətləri ilə uğurlu əməkdaşlıq edir. Onların arasında doğrudan da tanınmış firmalar-“Luchiano Zonti”, “Avanti” də var. Sifarişçi həmin şirkətlərlə işləyərkən heç bir problem meydana çıxmayıb.
Amma “Paghera”nın direktoru Massimo Alberti öz müsahibəsində “bütün italyanların təhqir edilməsi” mövzusunu qızışdırmağa çalışır: “Mənim üçün Azərbaycan ikinci evimdir, Bakı isə doğma şəhərimdir. Təsəvvür edin ki, İtaliyanın və italyanların Bakıda diskriminasiyası ilə qarşılaşanda hansı hisslər keçirdim. Mənə söz veriblər ki, şikayətim bir neçə saat ərzində İtaliyanın baş nazirinin müavini Matteo Salvininin masasının üzərində olacaq. Ümid edirəm ki, bu təhqir cavabsız qalmayacaq”.
Rusiyalı müəllif qeyd edir ki, əgər cənab Alberti doğrudan da Azərbaycanı “ikinci evi” hesab edirdisə o zaman doğma divarlar arasında hansı diskriminasiyadan söhbət gedə bilərdi. Və maraqlıdır, nəyə görə “dünyada məşhur şirkət” Azərbaycana bu cür bağlıdır? İtalyanlar iddia edirlər ki, onların müştəriləri dünyanın müxtəlif yerlərindən krallar və şeyxlərdir. Bu cür geniş açılıma malik olduqları halda onların Azərbaycana hədsiz marağı ancaq onunla izah edilə bilər ki, Fərhad Əhmədovla bağlanmış 12 milyon avroluq müqavilə İtaliyanın əyalət şirkəti üçün doğrudan da iri sövdələşmə idi. Və müqavilənin pozulması onların maliyyə vəziyyətlərini darmadağın edib.
Belə ki, “Paghera” şirkətinin bəyan edilən illik hasilatı açıq mənbələrdə göstərildiyi kimi cəmi 4-5 milyon avrodur. Bu cür təvazökar dövriyyəyə malik olan şirkət üçün Əhmədovun şirkətinə 1.5 milyon avronu geri ödəmək müflisləşməyə bərabərdir. “İtalyanların diskriminasiyası” barədə bəyantlar və KİV-lərdə qaldırılmış isterika, səfirə və hətta İtaliyanın baş nazirinin müavininə şikayət etmək cəhdləri də məhz buradan qaynaqlanır.
“Massimo Albertinin və onun vəkilinin həmin məqalədəki arqumentləri o qədər komik görünür ki, “dünyada məşhur şirkətin” qızılı örtüyünün sonuncu qalıqları da yoxa çıxır”-məqalədə deyilir.
Bu fakt bir daha xatırladılır ki, həmin yekun Aktında “Paghera” şirkətinin müqavilə üzrə xaricdə istehsal edilmiş elektrik kabelindən istifadə edəcəyi göstərilsə də əvəzində az qala 10 dəfə ucuz yerli kabeldən istifadə etdiyini əksini tapıb. Bəs aradakı fərq hara gedib, bunu təxmin etmək çətin deyil-əlbətdə ki, italyan ibazların ciblərinə. İndi isə “Paghera”nın rəhbəri iddia edir ki, guya həmin kabeli İtaliyadan ala bilməyiblər, çünki istehsalçı şirkətin...lisenziyası alınmışdı. Sanki bütün Avropada başqa heç yerdə kabel istehsal etmirlərmiş!
“Belə təsəvvür yaranır ki, italyan biznesmenlərin və onların vəkilinin yalanları, təxribatları KİV-lərdə dərc edilən hər məqalədən məqaləyə getdikcə daha da iriləşir, absurd xarakter alır. Və bu zaman məşhur manipulyativ fənddən-öz günahını opponentin üzərinə atmaqdan istifadə olunur. Alberti və Nəsibov “Əhmədovun komandasını” informasiya müharibəsini başlatmaqda günahlandırır. Əslində isə Əhmədovun nümayəndələri italyan biznesmenlərin öz öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etmişdi. KİV-lərdə isterikanı isə italyanlar öz vəkilləri vasitəsilə başlatmışdı. Və belə görünür ki, onlar dayanmaq niyyətində deyillər”-məqalədə deyilir.
Sayt qeyd edir ki, “Paghera” şirkətində Massimo Alberti ancaq muzdlu işçisidir. Onu informasiya “səngərinə” şirkətin sahibi Canfranko Pacera (Gianfranco Paghera) atıb. Özü isə susmağa və necə deyərlər, kadr arxasında qalmağa üstünlük verir, çünki şirkətə haqq qazandırmağa yönəlmiş arqumentlərin absurdluğunu gözəl başa düşür.
“Əslində “Paghera” şirkətinin nümayəndələrinin bütün “aqrumentlərini” sadalamağa lüzum yoxdur. Hərçənd ona görə ki, “sərsəmləmə generatoru” onların tərəfindən tam gücü ilə işə salınıb və yəqin yaxın günlərdə öz uydurmalarının yeni porsiyasını KİV-lərə ötürəcəklər. Onlar qalmaqala kosmik miqyas qazandırmağa və haqlı olduqlarını sübut etmək üçün yad planetliləri şahid qismində göstərməyə çalışsalar buna da təəcüblənmək lazım deyil. Bu əhvalat hətta maraqlı görünməyə başlayıb və biz Massimo Alberti ilə vəkilinin yeni “ifşaedici faktlarını”, “açıqlamalarını” gözləyirik”-məqalədə vurğulanır.
“Mübahisənin faktoloji və hüquqi tərəfinə gəldikdə isə Fərhad Əhmədovun nümayəndələrinin haqlı olduğu aydındır və bu, sənədləşdirilib. Faktlar inadkar olurlar və hətta cənab Alberti ilə vəkilinin şən komediyası da onları təkzib edə bilməz”-versiya.ru sonda qeyd edir.
P.S. Massimo Alberti KİV-lərə müsahibələrində deyir ki, Fərhad Əhmədovun iqamətgahının ərazisində onların şirkətinin dəyəri 2 milyon avroya yaxın olan avadanlıqları qalıb. Virtualaz.org həmin avadanlıqların fotolarını heç bir şərh vermədən təqdim edir:
Mənbə:> Virtualaz.org