London məhkəməsi: Fərhad Əhmədov Tatyanaya 643 milyon dollar ödəməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

London məhkəməsi: Fərhad Əhmədov Tatyanaya 643 milyon dollar ödəməlidir

London məhkəməsi: Fərhad Əhmədov Tatyanaya 643 milyon dollar ödəməlidir

London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollardan çox boşanma təzminatı tələb edir."The Telegraph" yazır ki, rusiyalı milyarder Fərhad Əhmədov London məhkəməsinin boşanma işi üzrə hökmünə uyğun olaraq keçmiş arvadına çatası 453 milyon funt sterlinqin (643 milyon dollar) bir pensini də ödəməyib.

London məhkəməsi sərvəti bir milyard funt sterlinqdən çox olan Fərhad Əhmədovun səhmlərinin 41, 5 faizinin onun arvadı Tatyana Əhmədovaya verilməsi barədə hökm çıxarıb. Bu işə London Ali Məhkəməsinin Ailə Bölümü baxırdı. Hakim Haddon-Cave-in bu iş üzrə çıxardığı hökm məhkəmənin internet saytında dərc olunub.

London məhkəməsi: Fərhad Əhmədov Tatyanaya 643 milyon dollar ödəməlidir


Hökmə görə hazırda 40 yaşlarında olan Tatyana Əhmədova İngiltərə məhkəməsinin tarixində rekord məbləğdə təzminat almalı idi. Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır. Xanım Əhmədovanı müdafiə edən vəkillər qrupunun başçısı Hodge Malek hakimlər lord James Munby, lord Lewison və ledi King-ə bildirib ki, cənab Əhmədov arvadına çatacaq təzminatın bir qəpiyini də ödəməyib.

"Məhkəmənin qərarı ilə 453 milyon 576 min 152 funt sterlinq almalı olan Əhmədova Britaniyadakı kiçik aktivlərdən başqa heç nə ala bilməyib" - vəkil deyib.

Vəkil əlavə edib ki, Fərhad Əhmədov "məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir". Malek hakimlərə bunu da deyib ki, Fərhad Əhmədovun "gizli aktivləri" var.

London məhkəməsi: Fərhad Əhmədov Tatyanaya 643 milyon dollar ödəməlidir


Vəkil iddia edib ki, London məhkəməsində proses başlanmazdan bir ay əvvəl Əhmədov dəyəri 90 milyon funt sterlinq olan müasir incənət kolleksiyasını İsveçrədənLixtenşteynə transfer edib. 20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey əyalətindəki mülkdə yaşayırdılar.

Xatırladaq ki, bu səs-küylü təzminat işi üzrə bundan əvvəl Fərhad Əhmədov bəyanat verərək “bir sent də ödəməyəcəyini” bildirmişdi. Biznesmen demişdi ki, ümumiyyətlə London məhkəməsinin onun 2000-ci illərin əvvəllərindən ayrıldığı keçmiş xanımı ilə təzminat mübahisəsinə baxmaq ixtiyarı olmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *