Lukaşenko Putini öz kiçik vətəninə apardı və milli içkiyə qonaq etdi – FOTO
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırılıblar.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, A.Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.
Bundan əlavə, Lukaşenko Rusiya Federasiyasının rəhbərini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.
Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Mənbə:> Report