SOCAR-la "Qazprom" arasında perspektiv əməkdaşlıq müzakirələri...
SOCAR Rusiyanın “Qazprom” şirkəti ilə Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.
Virtualaz.org bildirir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Qeyd olunur ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 12-də Sankt-Peterburqda “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ilə görüşüb. Görüşdə Azərbaycana qaz tədarükü müzakirə olunub.
Qeyd edilib ki, təbii qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər “Gazprom” Azərbaycana 1,15 milyard kubmetr qaz göndərib. Tərəflər bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Mənbə:> Virtualaz.org