Toni Bleyer İtaliyada “ilişən” Azərbaycan qaz borusu üçün lobbiçiliyə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Toni Bleyer İtaliyada “ilişən” Azərbaycan qaz borusu üçün lobbiçiliyə başladı

Toni Bleyer İtaliyada “ilişən” Azərbaycan qaz borusu üçün lobbiçiliyə başladı

İtaliyanın ultrasağçı daxili işlər naziri Matteo Salvini (“Şimal liqası”) Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməyə və Azərbaycan qazını Avropaya nəql etməli olan Transadriatik qaz kəmərini (TAP) müzakirə etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda “The Guardian” qəzeti yazıb.

Toni Bleyer 2014-cü ildən etibarən TAP konsorsimunun məsləhətçisidir. Onun ofisindən İtaliya daxili işlər naziri ilə planlaşdırılan görüşün səbəbi haqda birbaşa danışmaq istəməyiblər. Lakin Matteo Salvini deyib ki, o Bleyerdən boru kəməri və digər məsələlərlə fikir mübadiləsi etməyə hazırdır.

Toni Bleyer populizmin təhlükəli olduğunu diqqətə çatdıracaq və Salvinini boru kəmərinin əhəmiyyətinə inandırmağa çalışacaq.

Toni Bleyer İtaliyada “ilişən” Azərbaycan qaz borusu üçün lobbiçiliyə başladı


İtaliyanın hakim hökumət koalisiyasını formalaşdıran “5 Ulduz” hərəkatı və “Şimal liqası” arasında TAP-a dair ciddi fikir ayrılıqları var. Bu ilin iyul ayında Salvini deyib ki, boru kəmərini dəstəkləyir. Çünki TAP İtaliyada qazın qiymətinin aşağı salınmasına imkan yaradacaq.

Lakin bir neçə gün sonra “5 Ulduz” hərəkatından ətraf mühit naziri Barbara Lettsi TAP-ın İtaliya üçün gərəksiz olduğunu bildirib. Və bu layihəyə yenidən baxılacağını bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *