İtaliya hökümətində TAP-a görə mübahisələr – TRAMP DEYİB Kİ, TEZLİKLƏ TAMAMLAYIN...
ABŞ prezidenti Donald Tramp İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmasını istəyib. Virtualaz.org xəbər verir ki, bu barədə Ağ Evin saytında Trampla İtaliyanın baş naziri Cüzeppe Konte arasında Vaşinqtonda keçirilmiş danışıqlara dair dərc edilmiş məlumatda göstərilir.
Trans Adriatik qaz boru kəməri (TAP) İtaliyanın baş naziri Cüzeppe Kontenin Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Trampla müzakirə olunub.
"Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirsə ümidvaram ki, cənab Baş nazir, siz bu boru xəttini başa çatdıra biləcəksiniz", - Donald Tramp İtaliya Baş nazirinə xitabən belə deyib.
İtaliyanın” La Stampa” qəzetinin məlumatına görə, TAP boru kəməri İtaliya hökümətinin üzvləri arasında da fikir ayrılığı yaradıb.
"Luigi nə edir? Hər kəs gəlib məndən TAP haqqında soruşur. Guya ki, bundan mən məsğulam. Hələ də qərar verən və bunlardan məsul olan nazir odur", - İtaliyanın Puglia bölgəsinin meri Mişel Emiliano Baş nazirin müavini və İqtisadi İnkişaf naziri Luici Di Mayo haqqında deyib.
Demokrat Partiyasının nümayəndəsi və sabiq millət vəkili Alessandro Di Battista da İqtisadi İnkişaf nazirini qınayıb.
O deyib ki, nazir Luici "TAP heç vaxt tamamlanmayacaq", “Beş Ulduz” Hərəkatı hökümətdə təmsil olunarsa bu layihə "iki həftəyə dayandırılacaq" kimi dediyi sözlərinə əməl etməyib.
Qəzet yazır ki, bu iddialar İqtisadi İnkişaf naziri tərəfindən tipik seçki kampaniyası vədi kimi qəbul edilir. Luici Di Maio hakimiyyətdə təmsil olunduqdan sonra deyib ki, TAP sadə bir səbəblə dayandırılmamalıdır, imzalanmış qərarlar var və layihə tam olaraq davam edir.
“Beş Ulduz” Hərəkatı İtaliya hökümətində əsas qruplardan biridir və hazırda rəhbəri 31 yaşlı Luici Di Mayodur. Bu partiya hakimiyyətə gəlmədən elan edib ki, hakimiyyətə gələcəkləri təqdirdə TAP layihəsini dayandıracaqlar və daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verəcəklər.
Buna baxmayaraq “Forbes” yazır ki, partiya Avropa Parlamentində bərpa olunan enerji mənbələri haqqında olan qanun layihəsinin əksinə səs verən qrupda təmsil olunur.
Mənbə:> Virtualaz.org